“Kütləvi çıxarış” kampaniyası Astarada
Tarix: 21.12.2015 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildən start verdiyi sosial tədbirlərindən biri olan “Kütləvi çıxarış” kampaniyasını regionlarda davam etdirir. Növbəti dəfə 21 dekabr 2015-ci il tarixində Astara rayonunda yaşayan vətəndaşlar “bir pəncərə” prinsipi əsasında kampaniyadan faydalana bilib. Sosial kampaniyada ümumilikdə 100-ə yaxın rayon sakini iştirak edib. Belə ki, vətəndaşlara onların mülkiyyətinə dair çıxarışlar birbaşa ünvanlarda komitənin bu kampaniyanı həyata keçirmək üçün ayrılmış nəqliyyat vasitələrində verilib.
Mobil ofislər (xüsusi nəqliyyat vasitələri) vasitəsilə təşkil olunan “Kütləvi çıxarış” kampaniyası qeydiyyat xidmətlərini şəhər, qəsəbə və rayonlarda, eləcə də, ucqarlarda, mərkəzlərdən uzaq məntəqələrdə vətəndaşların ünvanına aparır. Vətəndaş mülkiyyət hüququnun təmin olunması ilə bağlı hər hansı sənədləşdirmə üçün ərazi idarəsinə getməli olmur və bunun üçün vaxt sərf etmir. Bütün bu əməliyyatları Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində həll etmək daha çevik və rahatdır. Belə kampaniyalar vaxta qənaət etməyə, əlverişli şəraitdə hüquqi hərəkətləri həyata keçirməyə, əlavə idarələrə getməməyə şərait yaradıb. Komitənin mobil ofisləri ərazi qeydiyyat idarələrində göstərilən ənənəvi xidmətlərdən idarələrə gələ bilməyən, hərəkət məhdudiyyəti olan insanların da faydalanmasını təmin edir. Bu cür imkanların yaradılmasında məqsəd xidmətlərdə vətəndaş amilinin önə çəkilməsi, sosial məmnunluğun yüksəldilməsi və hüquqi cəhətdən etibarlı mülkiyyət sahiblərinin sayının artırılmasıdır.
Xatırladaq ki, kampaniya çərçivəsində pay torpaqları , mənzillər, fərdi həyət evi və digər mülkiyyət barədə müxtəlif vaxtlarda vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunur. Eyni zamanda, daşınmaz əmlak və torpaq sahələri ilə bağlı əvvəlki illərdə verilən aktlar və digər ilkin sənədlər qəbul edilir.
“Kütləvi çıxarış” kampaniyası artıq intensivləşib, hər ay bir neçə dəfə olaraq həm Bakı, həm regionlarda keçirilir. Artıq paytaxtın Səbail, Sabunçu və Xətai rayon sakinləri kampaniyadan faydalanıb. Qarşıdakı dövrdə paralel olaraq həm Bakı, həm də regionlar üzrə kampaniyanı davam etdiriləcək.
Qeyd edək ki, indiyədək respublika üzrə 6000-ə yaxın vətəndaş kampaniyada iştirak edərək dövlət reyestrindən çıxarış əldə edə bilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info