İqor Barinov:“Bunun ağır nəticələri ola bilər”
Tarix: 21.12.2015 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


“Onsuz da “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi qəbul olunmayacaq”.
Bunu bu gün TASS agentliyində keçirilən “Milli siyasət üzrə dövlət strategiyası: ilin yekunu” adlı mətbuat konfransında Rusiya Millətlərlə İş üzrə Federal Agentliyin rəhbəri İqor Barinov çıxış edib: “Mövqeyimiz odur ki, heç bir tarixi hadisə unudulmamalıdır. Lakin bu o demək deyil ki, biz ancaq tarixdə baş vermiş mənfi hadisələrdən danışmalıyıq. Heç nəyi unutmaq olmaz, amma müsbət şeylərdən danışmaq lazımdır”.
Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının, Milli siyasət üzrə dövlət strategiyasının işlənib hazırlanması üzrə İşçi Qrupun üzvü Vladimir Zorin də “Ədalətli Rusiya” partiyası tərəfindən Dövlət Dumasına təqdim olunan məlum qanun layihəsinin qəbulunun milli birliyə mənfi təsir göstərəcəyini və bunun ağır nəticələrə səbəb ola biləcəyini söyləyib: “Rusiyada ictimai təşkilatları bu cür məsələyə cəlb etmək düzgün deyil. Bunun ağır nəticələri ola bilər”.

“Qafqaz Xalqlarının Rusiya Konqresi” Ümumrusiya İctimai Hərəkatının Ali Şurasının sədri Aslambek Paskaçov isə “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin qəbulunun Rusiyada milli birliyə dağıdıcı zərbə vuracağını söyləyib: “Hər bir xalqın tarixində faciələr olub. Böyük müharibələr zamanı çoxlu sayda insanlar həyatını itirib. Tarixdə baş vermiş faciələrə görə kimlərisə günahkar çıxarmaq və buna görə kimlərisə cəzalandırmaq düzgün yol deyil. Bu dağıdıcı yoldur. Xüsusi ilə də çoxmillətli Rusiyada... Bəli, heç bir tarixi hadisə unudulmamalıdır. Amma tarixi bir kənara qoyub, gələcəyə baxmaq lazımdır. Sözügedən qanun layihəsinin qəbul edilməsi Rusiyada milli birliyi pozacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
“Yerevan Today”: Paşinyan nüfuzdan düşüb
23.08.2019
Çeçenistanda Avropanın ən böyük məscidi açıldı
23.08.2019
Paşinyan Qərb üçün uğursuz layihəyə çevrilir
23.08.2019
Ermənistanı hərbi xərclərini artırmağa məcbur edən səbəb
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info