“ArmenianReport”: “Ermənistanı fəlakət gözləyir”
Tarix: 22.12.2015 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


“İşsizlərin sayı artır, gəlirlər azalır. Dünənədək Ermənistan əhalisi üçün ümid yeri olan Rusiyadan pul köçürmələri də artıq yox dərəcəsindədir”
Budur, artıq iqtisadiyyatı tam dağılmış Ermənistan əhalisi üçün təkcə ticarətlə məşğul olmaqdan başqa, hansısa bir yol qalırmı?
Ölkədə yaşananların, xüsusilə Ermənistan vətəndaşlarının günü- gündən aşağı düşən rifahı ilə bağlı məsələlərin kökündə real vəziyyət var. Beləliklə, Yeni il ərəfəsində İrəvandakı yarmarka və bazarlarda boşluq hökm sürür. “ArmenianReport” yazır ki, şəhərin qədim və ən gur bazarlarından biri olan QUM-da, demək olar ki, heç bir alıcı gözə dəymir. Bazardakı satıcılar da gileylidir. Onlar Yeni il qabağı alıcı azlığından şikayətlənirlər. Sayt yazır: “Təbii ki, alıcıların bu istiqamətdəki hərəkətləri də başa düşüləndir. İnsanlar, adətən, çox vaxt mağazalarla müqayisədə ucuz olduğu üçün supermarketlərə üstünlük verirlər. Bazardakı satıcılar ortaqları ilə fəaliyyət göstərirlər. Onların əksəriyyətinin satdıqları məhsulun hansı yolla əldə olunduğu barədə məlumatları belə, yoxdur. Sual oluna bilər: İqtisadiyyatı tam dağılmış ölkə əhalisini nə ilə cəlb etmək olar? Onlar qazanc yollarını harada axtarmalıdır? Ölkədəki bütün müəssisələr, hətta biznes mərkəzləri də bağlanıb. Ermənistanda işsizlərin sayı artır, gəlirləri azalır. Dünənədək Ermənistan əhalisi üçün ümid yeri olan Rusiyadan pul köçürmələri də artıq yox dərəcəsindədir. Rusiyada yaranan çətin iqtisadi vəziyyətlə üzləşən erməni vətəndaşları geriyə qayıtmağa məhkumdurlar. Lakin onları öz ölkələrində gündəlik yaşamaq üçün sərt mübarizədən başqa bir şey gözləmir. Bu, artıq fəlakətdir. Məlumdur ki, orta sinfin məhvi ölkə üçün böyük fəsadlara yol açır. Bu, artıq Ermənistanda müşahidə edilməkdədir. Hazırda Ermənistanda baş verənlər ölkənin mövcudluğu üçün təhlükə yaradır. Sadə erməni xalqını nə gözləyir? Bütün bunlar qaranlıq olaraq qalır..”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info