TAP Azərbaycanın nəyinə lazımdır?
Tarix: 22.12.2015 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Azərbaycanın “Şahdəniz II” yatağından çıxan təbii qazın Avropaya nəqlini nəzərdə tutan “Trans Adriatic Pipeline” (TAO) layihəsinin gerçəkləşməsi hələ də sual altındadır. Səbəb isə qeyri-adi deyil - layihənin icrası üçün tranzit imkanlar təklif edən ölkələr, ilk növbədə Yunanıstan TAP-dan siyasi dividend qazanmaq üçün istifadə etməyə çalışır və bununla kəmərin çəkilişi üçün daşı daş üstə qoymur.
Layihəyə əsasən uzunluğu 800 kilometr olacaq qaz kəmərinin 478 kilometri Yunanıstan ərazisindən Albaniyaya uzanır, oradan Adriatik dənizinin altı ilə çəkiləcək 105 kilometrlik kəmər Azərbaycan qazını İtaliyaya çatdırır(APA). Kifayət qədər bahalı olan kəmərin inşası üçün çəkilən xərclər özünü artıqlaması ilə doğruldur. Lakin Avropada siyasi və iqtisadi böhran iştirakçı dövlətlərin layihəyə nəinki marağını azaldır, eyni zamanda bu dövlətlər tranzit imkanlarını digər tərəflərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Yunanıstan və Albaniyanın iqtisadi durumu zatən məlumdur, Afina həm də özünün ön kiçik strateji üstünlüklərindən belə Avropaya, Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Kəməri kim inşa etməlidir? Azərbaycan kəmərin inşasında maraqlıdır, çünki TAP “Şahdəniz II” qazının Türkiyə üzərindən Avropaya daşınması üçün əlavə imkanlar yaradır. Avropa da nəzəri baxımdan TAP layihəsinin gerçəkləşməsində maraqlıdır, Azərbaycan qazı Avropanın həm Rusiyadan enerji asılılığını azaldacaq, həm də enerji daşıyıcılarının nəqli marşrutlarının diversifikasiyasına imkan yaradacaq. Yunanıstan da layihəyə ayrıca maraq göstərir - TAP bu ölkənin ərazisindən keçdiyinə görə həm Yunanıstanın enerjiyə olan tələbatının böyük qismi ödənəcək, eyni zamanda Afina layihənin iştirakçısı kimi daha ucuz qiymətə qaz ala biləcək. Bundan başqa, tranzit haqqı olaraq Yunanıstanın istər yanacaq formasında, istərsə nağd pul şəklində tranzit imkanlarını maddiləşdirmək imkanı yaranacaq. Nəzəri baxımdan TAP-ın inşasının başa çatmasında ilk növbədə Avropa, o cümlədən Yunanıstan maraqlı olmalıdır. Lakin bu maraq özünü işdə göstərmir. Təəssüf ki, Azərbaycanın təşəbbüs və cəhdləri lazımi səmərə vermir, bu ölkələrin QHT və KİV-ləri TAP əleyhinə təbliğat aparır, bəzənsə də bələdiyyələr və ölkə hökumətləri səviyyəsində Azərbaycanın təşəbbüslərinin əngəllənməsinin şahidi oluruq. Beləliklə, paradoksal mənzərə yaranır-Azərbaycan həm bütün mümkün riskləri nəzərə alaraq Avropanın enerji təhlükəsilziyini təmin etmək üçün alternativ təklif edir, həm enerjidaşıyıcılarının nəqli üçün marşrutun çəkilməsi xərclərinin mühüm bir hissəsini öz üzərinə götürür, həm də bu ölkələrin siyasi hakimiyyətlərinin, mediasının və QHT fəallarının kaprizləri, yersiz tələbləri ilə üz-üzə qalır. Əgər belə bir layihə Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdirsə riskləri özləri qarşılamalı, həm ümumavropa səviyyəsində, həm də yerli hökumətlər səviyyəsində yaradılan süni maneələr aradan qaldırılmalıdır.
Ortaya “bəs kəməri kim inşa edəcək” sualı çıxır və nədənsə Avropa bu istiqamətdə də atılacaq addımları Azərbaycandan gözləyir. Məntiqi baxımdan bu məsələdə diktə edən tərəf Azərbaycan olmalıdır. Azərbaycan zatən “Şahdəniz II”də hasil olunan qazı TANAP layihəsi vasitəsilə Türkiyə ərazisinə çatdırmaq imkanına sahibdir. Buradan qazın “Köhnə Dünya”ya ötürülməsində Azərbaycandan çox Avropa özü maraqlı olmalıdır. Avropalıların davranışları göstərir ki, onlar layihənin inşasını ləngitməklə Azərbaycanı bu məsələdə də maddi təşəbbüskarlıq göstərəcəyinə ümid bəsləyirlər. Məntiq və hesablama belədir - Azərbaycan Avropa bazarını, buradakı alıcıları itirməmək üçün son nəticədə TAP-ın Yunanıstandan keçəcək hissəsini maliyyələşdirmək üçün vəsait ayırmağa razılaşacaq, çünki Afinanın buna imkanı olmadığını Bakı da yaxşı bilir.
Amma hesablamalar səhvdir, yaxud mövcud geosiyasi durum avropalıların TAP-ı ləngitmək hesablamalarını alt-üst edir. Azərbaycanın öz qazını satmaq üçün alternativləri kifayət qədərdir. Türkiyənin mavi yanacağa tələbat hər il artır, Rusiya və İranın Ankara ilə siyasi münasibətlərinin gərginləşməsi fonunda bazarda yaranan boşluğun Azərbaycan qazı imkanına doldurulması onsuz da bir alternativ kimi nəzərdən keçirilir.TANAP layihəsi ildə 10 milyard kubmetr qazın Türkiyə ərazisindən keçərək Yunanıstan sərhədinə çatdırılmasını nəzərdə tutur. Artıq bu qaza Türkiyənin özünün ciddi ehtiyacı var. Rusiyanın Türkiyəyə nəql etdiyi qazın həcmini azaldacağı ilə bağlı manipulyasiyaları, üstəlik İranın ən çox ehtiyac duyulan vaxtda Türkiyəyə satdığı qazın həcmini artırmaqdan imtina etməsi faktları var və bu faktlar Ankaranı ciddi düşünməyə məcbur edir. Şimali İraqdan qaz nəqlinə başlayan Türkiyə tələbatın bir qismini də “Şahdəniz II” qazı hesabına təmin etməsin? “Əvvəl evin içi, sonra çölü” prinsipi Türkiyənin durumuna daha uyğun gəlir və “Şahdəniz II” qazının tam alıcısına çevrilməsi ehtimalını artırır. Ən nəhayət, Avropa hər zaman Rusiyanı enerji faktorundan siyasi təzyiq vasitəsi kimi istifadədə günahlandırıb. Kifayət qədər əsaslandırılmış ittihamlardır, lakin nəzərə almaq lazımdır ki, Avropa özü də böyük həcmdə enerji alıcısı olması faktını zaman-zaman siyasi təzyiq vasitəsinə çevirir. Xəzər qazı Avropa üçün alternativ enerji mənbəyi olsa da, “Köhnə Dünya” bu üstünlükdən yararlanmaq əvəzinə, Azərbaycana “müştəri həmişə haqlıdır” prinsipi ilə yanaşaraq öz maraqlarını diktə etməyə çalışır. Nəticə isə Avropanın enerji xəritəsini kökündən dəyişəcək TAP kimi layihələrin arxa plana keçirilməsi və gündəmdən düşməsidir. “Müştəri həmişə haqlıdır” prinsipi enerji bazarına uyğun gəlmir, bu bazarda diktə edən tərəf enerji daşıyıcıları təklif edən tərəfdir. Təkcə OPEK-in neftin qiymətlərini tənzimləməsini xatırlatmaq yerinə düşər. Avropaya qaz nəqli məsələsində də Azərbaycan diktə edən tərəf olmalıdır. Bu işə elə TAP layihəsindən imtina etməklə başlamaq olar. Onsuz da bu məsələdə Azərbaycanın itirəcəyi heç nə yoxdur. Satan məlum, alan məlum...
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info