İran yükləri Rusiyaya Azərbaycan vasitəsilə daşına bilər
Tarix: 22.12.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Dünən Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 10-cu iclası olub. İclasdan əvvəl komissiyanın həmsədrləri arasında geniş tərkibli xüsusi görüş keçirilib. Sonra iclasın rəsmi açılışı olub, komissiyanın Azərbaycan və İran tərəfdən həmsədrləri çıxış ediblər.
Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərindən sonra əlaqələrin inkişafı intensiv xarakter alıb. Azərbaycan İran ilə bütün sahələr üzrə əməkdaşlığa xüsusi önəm verir. Artıq tərəflər bir sıra sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurublar. Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi 500 milyon dollara yüksəlib. Qeyd olunub ki, hər iki dövlətin dəstəklədiyi “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində də işlər davam etdirilir. Birinci mərhələdə Azərbaycan Astarasından İran sərhədinə kimi 8 kilometr dəmir yolu çəkiləcək. Bundan əlavə, uzunluğu 100 metr olan körpü də tikiləcək. Bütün bunlar yüklərin asan daşınmasına şərait yaradacaq. Nəzərə çatdırılıb ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan üçün əhəmiyyətli bir dəhlizdir. İranla Rusiya arasında yük dövriyyəsi 10 milyon ton, Avropa ilə Hindistan arasında isə 25 milyon tondan çoxdur. Bu yükləri Azərbaycan üzərindən aparmaq daha asandır. “Biz yüklərin Azərbaycan üzərindən aparılması üçün prosedurları sadələşdirməyə çalışırıq. Prezident İlham Əliyevin fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Bu qurum bütün problemləri öyrənərək onların qısa zamanda aradan qaldırılmasına nail olacaq”, - deyə nazir Ş.Mustafayev bildirib. Nazirin sözlərinə görə, gələn ilin yanvar ayında Azərbaycan, İran və Gürcüstanın dəmir yolları idarələrinin rəhbərləri görüşəcəklər. Görüşdə tranzit yüklərin daşınmasının sadələşdirilməsi və bununla bağlı digər məsələlər müzakirə ediləcək. Dövlət Komissiyasının iranlı həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi nəzərə çatdırıb ki, özəl sektorun nümayəndələrinin əməkdaşlığı və qarşılıqlı investisiya qoyuluşu zəruridir. Bu ölkələrin iqtisadi inkişafına təkan verməklə yanaşı sərhədyanı bölgələrdəki əhalinin sosial vəziyyətinin yüksəlməsinə səbəb olar. Nazir bildirib ki, İran Azərbaycanla olan bütün gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsini istəyir. Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin uğurlu əməkdaşlığını nəzərə çatdıran M.Vaezi bildirib ki, muxtar respublika ilə İran arasındakı Culfa (İran)-Culfa (Azərbaycan) gömrük-keçid məntəqəsi 24 saat fəaliyyət göstərir və İran vətəndaşlarına sadələşdirilmiş viza rejimi tətbiq edilir. Nazir yüklərin daşınması zamanı sənədləşmə prosesinin sadələşdirilməsi istiqamətində işlərin davam etdiyini də qeyd edib. M.Vaezi deyib ki, İran Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verir və bu iclas rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərin inkişaf etməsində əhəmiyyətli rol oynayacaq. Çıxışlardan sonra həmsədrlər mətbuat konfransı keçiriblər.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
İnam Kərimov: “Kooperativlərdə birləşən fermerlərə daha çox subsidiya ayrıla bilər”
22.11.2018
“Bakutel-2018” sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək
22.11.2018
Bakı Metropolitenindən yenilik
22.11.2018
Aİ Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1 milyon avro yardım ayıracaq
22.11.2018
Geniş tərkibdə görüş olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info