“Qeyri-neft sektorunun inkişafı neftin qiymətinin düşməsini hiss etdirməyəcək”
Tarix: 22.12.2015 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsini “Palitra”ya dəyərləndirən Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov bildirdi ki, dolların məzənnəsinin qalxması qaçılmaz idi:
“1991-1996-cı illərdə Türkiyədə təhsil aldığımız dövrdə türk lirəsi (TL) hər gün dollar qarşısında dəyərini itirirdi, amma qardaş Türkiyə iqtisadiyyatı bu hadisədən nə sarsıldı, nə də kiçildi. Əksinə, Türkiyə iqtisadiyyatı daha da böyüdü. Bu gün Türkiyənin güclü iqtisadiyyatı hamının gözü qabağındadır. İnanıram ki, bizim iqtisadiyyat qısa bir vaxta idxalatçı yox, ixracatçı iqtisadiyyat kimi dünyada öz yerini tutacaq və bu da yerli istehsalçıların sürətli inkişafına gətirib çıxardacaq. Eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalı daha da artacaq. Ölkədə yeni-yeni istehsal sahələri yaranacaq. Bu da o deməkdir ki, yeni iş yerləri açılacaq”. Çingiz Bayramov dedi ki, qeyri-neft sektorunun inkişafı neftin qiymətinin düşməsi və dolların qalxmasını hiss etdirməyəcək: “Əsas odur ki, bazar iqtisadiyyatının qanunları ciddi şəkildə işləməyə başlayacaq. Bu arada inhisarçılığa ciddi nəzarət etmək lazımdır. Sərbəst rəqabətə heç bir əngəl olmamalıdır. Vergilər azaldılmalı, kiçik və orta sahibkarlara dəstək daha da gücləndirilməlidir. İnanıram ki, qısa zamanda bütün iqtisadi qurumlarımız bazarda Azərbaycan mallarının istehsal olunmasına və xarici malların arasında keyfiyyətli yerli malların istehsalına dəstək olacaqlar”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq
20.01.2019
Şəhidlərimizin əziz xatirəsi daim hörmətlə anılacaq
20.01.2019
Şəhidlərimiz təsdiq etdi ki, Azərbaycan təkcə torpaq deyil, həm də Vətəndir
20.01.2019
Biz, həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info