“Üzən məzənnə siyasətinə keçid ixrac potensialını artıracaq”
Tarix: 22.12.2015 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


“Azərbaycanın əsas ticarət partnyoru olan Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan kimi ölkələrdə milli valyutaların məzənnəsinin kəskin azalması manata da təzyiqi artırırdı”.
Bunu “Trend”-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib. V.Bayramov hesab edir ki, Azərbaycan Mərkəzi Bankının üzən məzənnə siyasətinə keçməsinin səbəblərindən biri də xarici ticarət tərəfdaşlarımızda məzənnələrin aşağı düşməsi və eyni zamanda üzən valyuta rejiminin tətbiq edilməsi ilə bağlıdır: “Manatın məzənnəsi müəyyənləşdirilən zaman Azərbaycanın əsas ticarət tərəfdaşlarındakı məzənnə nəzərə alındığı üçün, ona uyğun olaraq manatın real məzənnəsi müəyyənləşdirildi. Yəni qonşu ölkələrdə baş verən valyuta dəyişikliklərinə Azərbaycan manatının uyğunlaşdırılması həyata keçirildi”. Ekspert bildirib ki, üzən məzənnə siyasətinə keçid Azərbaycanın ixrac olunan qeyri-neft məhsullarının rəqabətlilik qabiliyyətini artıracaq: “Sözsüz ki, üzən valyuta rejiminin tətbiq edilməsi manatın yumşalması fonunda idxal olunan məhsulların qiymətini artırır, ancaq ixrac olunan məhsulların qiymətini azaldır. Üzən məzənnə siyasətinə keçidin əsas məqsədlərindən biri də məhz milli valyutanın ucuzlaşması nəticəsində ixrac potensialının artmasına nail olmaqdır”. V.Bayramov əlavə edib ki, manatın məzənnəsinin aşağı düşməsi nəticəsində süni qiymət artımının qarşısını almaq üçün monitorinqlərin keçirilməsinə ehtiyac var.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info