“İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabının təqdimatı olub
Tarix: 22.12.2015 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Dünən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabının təqdimatını keçirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbirdə çıxış edərək kitab haqqında məlumat verib.
Qeyd edilib ki, kitabda Prezident İlham Əliyevin 2003-2015-ci illərdə dövlət-din münasibətləri ilə bağlı imzaladığı sərəncamlar, tolerantlıq və multikulturalizm ideyalarını ehtiva edən çıxışları, nitqləri, görüşləri, müxtəlif beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətlər, müqəddəs dini məkanlara etdiyi səfərlər, bayram və əlamətdar hadisələrlə bağlı dini konfessiya rəhbərlərinə təbrikləri toplanıb. Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin, bu sahədəki siyasətin Prezident İlham Əliyev tərəfindən müəyyən edildiyini söyləyib. Komitə sədri bildirib ki, kitab Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə aid səsləndirdiyi bütün fikirləri özündə ehtiva edir. Bu isə ölkəmizdəki müxtəlif dinlərin nümayəndələri, ilahiyyatçılar, tədqiqatçılar üçün vacib mənbə olacaq. O, bu nəşrin bütün kitabxanalara, icmalara, tədqiqat mərkəzlərinə də veriləcəyini deyib. Azərbaycanın sözün həqiqi mənasında dünyada tolerantlığa nümunə olan bir ölkə olduğunu deyən M.Qurbanlı bunun bütün dünyada qəbul edildiyini vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlı QMİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birlikdə səmərəli fəaliyyət göstərdiyini söyləyib. Təqdimatı keçirilən kitabda Prezident İlham Əliyevin dinlə bağlı fikirlərinin yer aldığını deyən Q.Cavadlı bunun dini konfessiyalar üçün çox vacib olduğunu vurğulayıb. Mərasimdə Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadi Zelmanoviç, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete kitabla bağlı fikirlərini səsləndiriblər. Onlar Azərbaycanın tolerantlıq modelinin dünyada örnəyə çevrildiyini bildiriblər. Azərbaycanın tolerantlıq sahəsindəki təcrübəsinin dünya ölkələri tərəfindən öyrənilməsinin önəmi qeyd edilib.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info