Qazaxıstanda “Azərbaycan guşəsi”nin təqdimatı keçirilib
Tarix: 22.12.2015 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə Astanada Türk Akademiyasının ortaq tarixi muzeyində “Azərbaycan guşəsi”nin təqdimatı keçirilib.
Tədbirdə səfirliyin əməkdaşları, Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Vidadi Salahov, alimlər və KİV nümayəndələri iştirak ediblər.
Səfirliyin müvəqqəti işlər vəkili Şahin Əhmədov Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göndərilən bayrağı, milli çalğı alətləri, geyimlər, xalçalar və suvenirləri Türk Akademiyasının ortaq tarix muzeyinə təqdim edib.
Şahin Əhmədov qeyd edib ki, bu eksponatlarla ortaq türk tarixinin yaxın olduğu muzeyə gələn hər kəsə, Qazaxıstan və xarici ölkə vətəndaşlarına nümayiş etdirilir. Türk Akademiyası vasitəsilə ölkələrimiz və xalqlarımız daha da yaxınlaşır.
Türk Akademiyasının prezidenti Darhan Kıdırali göstərilən diqqət və köməyə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib.
Qazaxıstandakı səfirliyimiz hər zaman sıx əməkdaşlığa və göstərdiyi dəstəyə görə Türk Akademiyasının sertifikatına layiq görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info