Mehriban Əliyeva ilin idman xadimi elan edilib
Tarix: 22.12.2015 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq 2015-ci ilin idman laureatlarının adlarını açıqlayıb.
AİJA Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı ilin idman xadimi elan edib.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) isə ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.
İlin idman təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov seçilib.
Cari ilin idman jurnalistləri isə Səadət Hakıyeva (“Olimpiya dünyası”), Həbib Aslanov (“Futbol+”), Anar Əhmədov (“Olimp sport”), İbrahim Şükürov (“Yeni həyat”, Masallı), Sahib Əsədbəyli (“Ədalət”), Sənan Şəfizadə (ATV), Tengiz Məmmədov (APA) və Kənan Məstəliyev (rekord.az) olublar.
İlin fotoreportyoru Eldəniz Bədəlov (AFFA, “Futbol dünyası”) elan edilib.
“Olimpiya dünyası”, “Futbol+”, “Xalq qəzeti”, “525-ci qəzet”, “Exo” ilin idman qəzetləri, İctimai Televiziya isə telekanallar sırasında fərqləniblər. İlin idman radiosu nominasiyası üzrə “Azərbaycan Radiosu” elan olunub.
Əbülqasım Novruzovun “Şuşalı Qaçay pəhləvan” kitabı ilin idman nəşri seçilib.
Laureatlar sırasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti, həmçinin “Apasport.az” və “Report.az” portalları da var.
Boyanka Kostova (ağırlıqqaldırma, dünya çempionu), İrina Zaretska (karate üzrə birinci Avropa Oyunlarının çempionu), İradə Əliyeva (nizəatma üzrə dünya çempionu (paralimpiya), Elvin Məmişzadə (boks, dünya çempionu), İlham Zəkiyev (cüdo, Avropa çempionu, dünya kubokunun qalibi (paralimpiya), Oleq Stepko (idman gimnastı, Avropa oyunlarında 5 medal qazanıb) ilin idmançısı seçiliblər.
“Qarabağ” futbol klubu, boks (kişilər) və taekvondo üzrə milli komandalar ilin komandası nominasiyasının qalibi olub.
Pedro Roque (boks üzrə milli komanda), Qurban Qurbanov (“Qarabağ” futbol klubu) və Reza Mehmandost (taekvondo üzrə milli komanda) ilin baş məşqçiləri elan ediliblər.
İlin idman hakimi Əliyar Ağayev (futbol), idman azarkeşi isə Fədai Rəhimov olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info