Astara-Astara dəmir yolu körpüsünün tikintisi ilə bağlı müzakirələr aparıb
Tarix: 22.12.2015 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Tehran şəhərində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaraçay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpusu tikinti layihəsi üzrə Azərbaycan və İran İslam Respublikası Dəmir Yollarının İşçi Qrupun iclası keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov iclasda bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb. Sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaracay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpusu tikinti layihəsi müzakirə olunub. Müzakirələr zamanı bildirilib ki, tərəflər 8-9 noyabr 2015-ci il tarixdə Tehran şəhərində mütəxəssislərin keçirmiş olduğu iclas protokolunun maddələrinin qüvvədə qaldığını təsdiq edirlər. İran tərəfi 14 dekabr 2015-ci il tarixdə körpünün layihəsinin 5 variantını Azərbaycan tərəfinə təqdim edib, Azərbaycan tərəfi 16 dekabr 2015-ci il tarixdə ikinci variantı (3x26,75) seçərək qəbul etdiyini İran tərəfinə məlumat verib.
İçlasın sonunda müvafiq protokol imzalanıb. Protokola əsasən, qərara alınıb ki, İran tərəfi geologiya işlərinin Azərbaycan ərazisində icrasını təşkil olunması məqsədi ilə Azərbaycan sərhədini keçəcək işçilərinin pasport məlumatlarını Azərbaycan tərəfinə təqdim etməlidir. Eyni zamanda Azərbaycan tərəfi müvafiq orqanlardan İran mütəxəssislərinin Azərbaycan sərhədinə girişini təmin edəcək. Bununla bağlı 25-27 dekabr tarixlərində tərəflərin mütəxəssislərin göruşü təşkil ediləcək. Müzakirələrdən sonra qərara alınıb ki, Azərbaycandan İrana gedən istiqamətdə 1520 mm standartlı dəmir yolu xətti sağda, 1435 mm standartlı dəmir yolu xətti isə sol tərəfdə yerləşəcək. İrandan Azərbaycan istiqamətində isə 1520 mm standartlı dəmir yolu solda, 1435 mm standartlı dəmir yolu xətti isə sağda yerləşəcək. Eyni zamanda, 27 dekabr 2015-ci ildə dəmir yolu və sərhəd xidmətinin səlahiyyətli nümayəndələrinin iştiraki ilə layihə yerində görüşün təşkil olunması və körpünün sıfır nöqtəsinin təyin olunması qərara alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info