Ramiq Vəliyev : “Milli iradə göstərməliyik”
Tarix: 19.12.2015 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev
ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smit Konqresə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim etməsinə münasibət bildirib. O deyib: “Bu cür qərəzli layihənin Amerika Konqresindən keçməsi o qədər ağlabatan görünməsə də, Azərbaycan əleyhinə belə bir layihənin hazırlanması cəsarəti təəccüb doğurardı. Əgər layihəni hazırlayan komissiyanın sədri Kris Smitin erməni diasporasının üzvü olduğunu nəzərə almasaydıq. Azərbaycan dövlətinin uzun illər boyu göstərdiyi siyasi iradəni qırmaq üçün hazırlanmış bu layihənin aqibəti əvvəlkilərdən heç də fərqli olmayacaq. Lakin bu cür məsələdə xalqımızın hamılıqla milli iradə göstərməsi lazımdır, müxalifət və ya iqtidaryönümlü olmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı hazırlanmış layihəni təkcə iqtidarda təmsil olunan rəhbər şəxslərə qarşı yönəlmiş addım kimi dəyərləndirməməli, bizi sevməyən dairələr tərəfindən xalqın seçdiyi və xalqı təmsil edən şəxslərin timsalında Azərbaycan dövlətinə və xalqına qarşı hazırlanmış çirkin planın bir hissəsi kimi görməlidir. Azərbaycan regionda lider ölkələrdən biri, Qafqazda isə lider ölkə kimi müstəqil siyasət yürüdür. Lakin hazırkı dövrdə milli iradə və müstəqil siyasət aparan bir iqtidarın dünyanı yenidən formalaşdırmaq istəyən qüvvələrin hədəfinə çevrilmə ehtimalı vardır. Hadisələrin pərdəarxasındakı oyunçuları görərək baş verən proseslərə milli təəssüb hisslərimizlə yanaşmalıyıq. Dövlətimizi qorumaq, ona sahib çıxmaq təkcə ölkənin ağır yükünü çiyinləri üzərində daşıyan rəhbər şəxslərə aid deyil. Gəlin, hamılıqla dünyada, xüsusilə müsəlman aləmində baş verən qanlı terror aktlarını, vətəndaş müharibələrini, aclığı və səfaləti düşünərək doğma vətənimiz olan Azərbaycanı bu dağıdıcı proseslərdən illərdir qoruyub saxlayan ölkəmizin başçısı Prezident İlham Əliyevə dəstək olaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info