H.Hüseynova: “Azərbaycanda qadın sahibkarların sayı artıb”
Tarix: 22.12.2015 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


“Son dövrlər Azərbaycanda qadın sahibkarların sayı artıb. Sahibkarlıqda qadınların təmsilçiliyi 19 faizə qalxıb”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, komitə beynəlxalq təşkilatlarla birlikdə Azərbaycanın regionlarında qadınların sahibkarlığa cəlb olunması ilə bağlı pilot layihələr həyata keçirir: “Pilot layihələr əsasən təhsildən yayınma, erkən nikah, məişət zorakılığının çox olduğu rayonları əhatə edir. Həmin rayonlarda kiçik müəssisələr açılıb. Həmin müəssisələr bu gün də fəaliyyətini davam etdirir. Regionlarda layihələr keçirəndə bizə deyirdilər ki, siz heç nəyə nail olmayacaqsınız, qadınların həyat yoldaşları onlara imkan verməyəcək. Bizim qadınlar haqqında ancaq evdar qadın obrazı yaradılmışdı. Təəssüf ki, biz çox zaman stereotiplərin əsarətində qalırıq. Lakin dövr göstərdi ki, bu istiqamətdə çox iş görsən, faydası mütləq olacaq”.
Komitə sədri qeyd edib ki, qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması onların iqtisadi baxımdan daha azad olmasına imkan yaradır: “Qadınların iqtisadi baxımdan müstəqil olması bir çox problemlərin, o cümlədən də məişət zorakılığının qarşısı alınır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info