Azərbaycan və Türkiyə birgə böyük iqtisadi layihələr reallaşdırır
Tarix: 22.12.2015 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Dünən Baş nazir Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş nazir Türkiyə Böyük Millət Məclisinə noyabrın 1-də keçirilmiş seçkilərdə qələbə qazanmış parlament üzvlərini təbrik edib. Artur Rasizadə qeyd edib ki, Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun, demokratik və şəffaf şəraitdə keçirilib. Azərbaycan-Türkiyə münasibətlərindən danışan Baş nazir Artur Rasizadə bildirib ki, qardaş ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar, hərbi sahələrdə əlaqələr daha da genişlənir. Baş nazir deyib ki, dünyada cərəyan edən hadisələr, yeni çağırışlar bizlərdən də adekvat addımlar atmağı tələb edir. Əlaqələrimizi daha da inkişaf etdirmək üçün bizim böyük potensialımız var. Bu gün Azərbaycan və Türkiyə birgə böyük iqtisadi layihələr reallaşdırır. Dünyada cərəyan edən proseslər göstərir ki, biz istər iqtisadi, istərsə də siyasi cəhətdən daha da güclü olmalıyıq. Azərbaycan hər zaman Türkiyənin yanındadır və bu, daim belə olacaq. Azərbaycanın sabit bir ölkə olduğunu vurğulayan Artur Rasizadə diqqətə çatdırıb ki, dünyada gedən iqtisadi böhranlara baxmayaraq, təkcə son 11 ayda ölkə iqtisadiyyatı 3,1 faiz artıb. Qeyri-neft sektorunda isə 7,5 faiz artım olub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazir qeyd edib ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Artıq 20 ildən çoxdur ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir. ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyəti isə heç bir nəticə vermir. İsmayıl Qəhrəman bildirib ki, Türkiyədə hakimiyyətə gələn, parlament sədri seçilən şəxsin ilk səfərini qardaş Azərbaycana etməsi artıq bir ənənəyə çevrilib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan sədr qeyd edib ki, ölkələrimiz əməkdaşlığı bütün sahələrdə davam etdirməkdə qərarlıdır, qardaş dövlətlərimiz arasındakı əlaqələr daim inkişaf edəcək. Parlamentin sədri İsmayıl Qəhrəman deyib ki, Dağlıq Qarabağ münaqişəsi Türkiyənin də problemidir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn prinsiplərinə uyğun həll olunmalıdır.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info