“İctimai palata”dan nə qaldı?
Tarix: 18.02.2013 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Araz Əlizadə: “Adlarını nə qoyurlarsa, qoysunlar, onlar heç vaxt
birləşməyəcək”


Fuad Əliyev: “Bu qurum sentyabr-oktyabr aylarında dağılacaq”

“İctimai palata” adlanan qurum yaradılanda burda təmsil olunan AXCP və Müsavat partiyaları ictimaiyyətə bir sıra iddialı mesajlar verərək, hakimiyyətə yüksək iddialı gücün formalaşdığını bildirdilər. Lakin qısa zaman keçdikdən sonra bu mesajların yalnız görüntü olduğu və bütün iddiaların qrup və şəxsi maraqlar baxımından irəli sürüldüyü ortaya çıxdı. Hər iki partiyanın yaratmaq istədiyi birlik görüntüsü də özlərinin çölə sızdırdıqları intriqa, maraq savaşı ilə bağlı məlumatlardan sonra dağılmağa başladı və aydın oldu ki, AXCP və Müsavat əslində hər biri öz cibinə işləyən qüvvələrdir. Onların “bir dam altına” yığışması isə, güc mərkəzi kimi təqdim olunmalarına hesablanıb. Bir çox ekspertlər dəfələrlə bu qurumun dağılacağını dilə gətirmişdilər. Amma hər iki partiya funksionerləri bunu təkzib edərək, səmimi müttəfiq olduqlarını deyirdilər. Lakin bu yaxınlarda qurumun üzvü Zəfər Quliyev etiraf edib ki, “ictimai palata” Müsavat və AXCP-nin rəqabət meydanıdır və onların monopoliyasındadır.
Seçkilərin vaxtı yaxınlaşdıqca bu özünü göstərir. Belə ki, “ictimai palata”da da ehtiraslar qızışır və qurumu monopoliyada saxlayan AXCP və Müsavat arasında gərginlik daha da artır. Buna səbəbsə, hər iki partiyanın öz sədrini qurumun vahid namizədi görmək istəyidir, yaxud partiya sədrlərinin özlərini bu zirvədə təsəvvür etmələridir. Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlinin bir-birilərinə güzəştə getməmələri isə nəticədə uzun zamandır gizli formada aparılan intriqaların açığa çıxmasına səbəb oldu. İ.Qəmbər tələsik öz namizədliyini irəli sürməklə Ə.Kərimlini bir addım geridə qoymağı və gələcəkdə qurumun bir namizədinin olacağı təqdirdə özünün namizədliyini ilk irəli sürdüyünü əsas gətirərək önə keçməsini sığortalamaq gedişi etdi. Ardınca Ə.Kərimli partiyasını səfərbərliyə alaraq, Müsavata qarşı revanş savaşına başlamasından sonra, İ.Qəmbər Eldar Namazovla yaxınlaşmağa başladı. Məqsəd də Ə.Kərimlini sıradan çıxartmaqdır ki, bununla bağlı E.Namazovla İ.Qəmbər arasında artıq razılaşma olduğu haqqında mətbuatda məlumatlar yayılmaqdadır. Buna AXCP-nin adekvat addımlarının olacağı gözləniləndir və yəqin ki, yaxın günlərdə qurumdakı münasibətlərə son qoyulacaq. Bu isə “ictimai palata”nın dağılacağı proqnozlarını yaxşılaşdırır.
Qeyd edək ki, ALDP sədri Fuad Əliyev hələ ötən ilin sonlarında “ictimai palata”nın bu ilin sentyabr-oktyabr aylarında dağılacağını demişdi. F.Əliyev qəzetimizə açıqlamasında bu proqnozunun hələ də qüvvədə qaldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, AXCP və Müsavat partiyaları eyni qurumda təmsil olunmalarına baxmayaraq, hər iki partiya sədri bir-birinə qarşı mübarizə aparırlar: “Bunu kənardan hiss edirik. Hər ikisinin mətbuat orqanları var. Həmin mətbu orqanları da bir-birinə qarşı kompromat fəaliyyətdədirlər. Getdikcə bu daha da kəskinləşəcək. Mənim proqnozuma görə, “ictimai palata” payızda - sentyabr, oktyabr aylarında dağılacaq və öz fəaliyyətini ümumiyyətlə dayandıracaq”.
Partiya sədri bunun səbəblərini izah edib. Bildirib ki, qurumdakı iki nəfərin (İ.Qəmbər və Ə.Kərimli-red) bir-birinə inanmaması, güzəştə getməməsi və namizədlik məsələsində şəxsi mübarizə aparması parçalanmaya səbəb olacaq.
ASDP sədri Araz Əlizadə isə qəzetimizə açıqlamasında “ictimai palata”nı ölü doğulmuş uşaq adlandırıb. Onun fikrincə, bu qurum yaranandan ora toplaşan insanlar öz varlıqlarını göstərməyə, “mən də varam” deməyə görə ordadırlar: “Adlarını nə qoyurlarsa, qoysunlar, onlar heç vaxt birləşməyəcək. Çünki onlar vaxtilə xalq cəbhəsindən ideoloji zəmində çıxmayıblar ki, sonradan ideoloji olaraq birləşsinlər. Onlar ancaq şəxsi ambisiyalar əsasında ayrılıblar. Bu ambisiyalar təmin edilməyib, onlar hakimiyyətə qayıtmayıblar, təzədən rüşvət almaq imkanları əldə etməyiblər. Buna görə də onların birləşməsi qeyri-mümkündür”. Partiya sədri diqqətə çatdırıb ki, birlik yaratmaq üçün insanlarda taktiki cəhətdən siyasi savad, siyasi mədəniyyət olmalıdır.
“Onlarda isə bunun heç biri yoxdur. Əgər siyasi savad və siyasi mədəniyyətləri olsaydı, başa düşərdilər ki, “ictimai palata”nı özləri deyil, ictimaiyyət yaratmalıdır və ictimaiyyətin istədiyi şəxs də orda təmsil olunmalıdır. Dünya təcrübəsində bu belədir. Bu şəxslərsə tamam başqa bir ideyanı öz ambisiyaları üçün istifadə edirlər və istəyirlər hamı onlara inansın. Heç kim onlara inanmır. İnsanların inamını qazanmaqdansa, onlar başlayıblar bir-birini gözdən salmağa, bir-birilərinə qarşı intriqalar aparmağa. İ.Qəmbərin namizədliyini irəli sürərək, Ə.Kərimlidən qabaq düşmə istəyi də buna misaldır. Əslində bu, bir daha onlarda siyasi mədəniyyətin olmadığını göstərir”-deyə partiya sədri vurğulayıb.
A.Əlizadə diqqətə çatdırıb ki, bu partiyalar vaxtında eyni cəbhədə olsalar belə, şüşə bankanın içindəki hörümçək kimi bir-birini didirdilər. Onun sözlərinə görə, eyni vəziyyət indi də davam edir.
A.CƏLALOĞLU





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info