Azərbaycan Gənclər Fondunda mətbuatla görüş keçirilib
Tarix: 22.12.2015 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Gənclər Fondunda mətbuatla görüş keçirilib.
Fondun icraçı direktoru Fərhad Hacıyev əvvəlcə qurumun fəaliyyəti barədə məlumat verib. O bildirib ki, fond 4 ildir, fəaliyyət göstərir və indiyə qədər 7 qrant müsabiqəsi keçirilib.
Ölkə əhalisinin 31 faizini gənclərin təşkil etdiyini deyən F. Hacıyev bildirib ki, qurumun fəaliyyətində əsas məqsəd gənclərə elm, təhsil, sosial sahədə dəstək göstərilməsidir: “Məqsədimiz vətəndaş cəmiyyətinin fəaliyyətində gənclər təşkilatının rolunun gücləndirilməsidir. Hazırda Azərbaycanda 310 gənclər təşkilatı var”.
F. Hacıyev deyib ki, indiyə qədər 5080 layihə ilə müraciət olunub, onlardan 2330 dəstəklənib, 13 500 000 qədər vəsait xərclənib: “1600 yaxın gənc işlə təmin edilib”.

O, fondun 8-ci müsabiqəsini elan etdiyini xatırladıb: “Fondun fəaliyyəti şəffafdır. Bütün məlumatlarımızı saytda yerləşdiririk. Bu müsabiqədə dini radikalizmə qarşı mübarizədə maarifləndirmə ilə bağlı mövzu da var. Çünki gənclərin radikal qruplara qoşulmasının qarşısını almaq üçün Azərbaycanda maarifləndirmə işləri aparılmalıdır”.
F. Hacıyev deyib ki, son vaxtlar neftin qiymətinin düşməsi, manatla bağlı baş verənlər fondun fəaliyyətində problem yaratmayacaq: “Elan etdiyimiz qrantlar qüvvəsində qalır. Hətta onu da deyim ki, bizim büdcəmiz ötən ilkindən bir qədər artıqdır. 2016-cı il büdcəmiz üçün 4 778 000 manat təşkil edir ki, bu, 2014-cü ilin büdcəsindən 250 374 manat çoxdur”.Görüş müzakirələrlə davam etdirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info