“Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində heç bir məhdudiyyət yoxdur”
Tarix: 22.12.2015 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


“Dost və qardaş Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində heç bir məhdudiyyət yoxdur”.
Bunu İranın rabitə və informasiya texnologiyaları naziri, iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi deyib.
M.Vaezi elektrik enerjisi sahəsində əməkdaşlığa dair sənədin imzalanmasını hökumətlərarası komissiyanın əldə etdiyi nailiyyətlərdən biri adlandırıb. Onun sözlərinə görə, iki ölkənin limanları arasında əməkdaşlığın artırılması və sərhədyanı rayonlar arasında əlaqələrin daha da gücləndirilməsi qərara alınıb.
Bundan başqa, Azərbaycan və İran bank sahəsində əməkdaşlığı gücləndirmək barədə razılıq əldə edib. M.Vaezi əlavə edib ki, Azərbaycan və İran müştərək Bank Şurası fəaliyyətə başlayacaq: “İki ölkənin tacirlərini sevindirəcək məsələ budur ki, ölkələrimiz bank sahəsində əməkdaşlığı genişləndirir. Əldə olunmuş razılıq və plana əsasən yaxın bir ay ərzində broker fəaliyyətləri təkmilləşəcək. Beləliklə də, İranın yeni bankları Azərbaycanda fəaliyyət göstərə biləcək”.
Onun sözlərinə görə, iki ölkə arasında turizmin inkişafına dair müzakirələr aparılıb və bununla bağlı yeni təkliflər irəli sürülüb.
M. Vaezi Tehranda keçirilən hökumətlərarası komissiyanın 10-cu iclasının sonunda imzalanan sənədin əhəmiyyətindən daşınıb: “Böyük iş görmüşük və ümid edirəm ki, bu sənəd daha çox əməkdaşlıq, iki ölkənin tacirlərinin problemlərinin həlli üçün önəmli bir addım olacaq. Razılaşdırılıb ki, Bakı-İran-Naxçıvan marşrutu üzrə gediş-gəlişlər sərhədlərdə 24 saat olsun və bu icra olunmalıdır Dəmir yolu haqqında da müzakirələrimiz olub. Enerji və kənd təsərrüfatı sahəsində əməkdaşlıqların artırılması üçün işçi qrup işlərini davam etdirir. Azərbaycan və İrandan olan şirkətlər əməkdaşlıq üçün maraqlıdırlar”.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info