GF dini radikalizmin qarşısını almaq üçün xüsusi istiqamət müəyyən etdi
Tarix: 22.12.2015 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti yanında Gənclər Fondu dini radikalizmin qarşısını almaq üçün gənclərin layihələrinə maliyyə vəsaiti ayıracaq. Bunu Gənclər Fondunun (GF)icraçı direktoru Fərhad Hacıyev bu gün Fondun fəaliyyəti ilə bağlı məlumat verərkən deyib.
F.Hacıyev bildirib ki, Gənclər Fondu tərəfindən elan olunan 8-ci qrant müsabiqəsində dini radikalizmin qarşısını almaq üçün maarifləndirmə tədbirləri ilə bağlı xüsusi istiqamət var.
Onun sözlərinə görə, belə qruplaşmaların təsiri altına düşən gənclərin sayı o qədər də çox deyil: "Bəzən bir sıra məsələləri çox şişirdirlər, gənclərin radikal dini qruplara qoşulduğunu deyirlər. Gənclərin neçə faizi belə qruplaşmalara qoşula bilər? Azərbaycan gənclərinin intellektual səviyyəsi digər ölkələrdə olan gənclərin intellektual səviyyəsindən üstündür, bizim gənclərimiz məsələlərə praktiki yanaşır, dünyagörüşləri daha genişdir. Ona görə də gənclərin çox kiçik qrupu bu cür təşkilatlara qoşulub. Bununla bağlı da 8-ci qrant müsabiqəsində dini radikalizmin qarşısını almaq üçün maarifləndirmə tədbirləri ilə bağlı xüsusi istiqamət var. Biz istərdik ki, gənclərimiz bu sahələr üzrə layihələrlə bizə müraciət etsinlər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info