“Qarabağın qurtuluşundan ötən 1 il” layihəsinin açılış tədbiri keçirilib
Tarix: 22.12.2015 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


YAP Gənclər Birliyinin ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Qarabağın qurtuluşundan ötən 1 il” layihəsinin açılış tədbiri keçirilib. Tədbirə giriş sözləri ilə layihə rəhbəri Mehti Namazov başlamışdır. O bildirmişdir ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Gənclər üçün Təhsil Mərkəzinin tərəfdaş təşkilatlar kimi böyük dəstəkçisi olduğu bu layihənin həyata keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinə və onlarda xoş gələcəyə olan inamın qətiləşdirilməsinə nail olmaqdır. Mehti Namazov qeyd etmişdir ki, sözügedən layihə çərçivəsində keçirilən rəsm müsabiqəsinə təqdim olunacaq əsərlərdə məhz cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasətin yaratdığı əminlikdən irəli gələrək Qarabağın qurtuluşundan ötən 1 illə bağlı xəyallar öz əksini tapmalıdır.
Daha sonra çıxış üçün sözə başlayan Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə vurğulamışdır ki, bu tip layihələr gənclərin “Vətən”, “Azərbaycan”, “Qarabağ” və digər ağır çəkili sözləri daha dərindən dərk etməsinə səbəb olur və belə tədbirlərin sayəsində Qarabağın işğaldan qurtuluşu gününün lap yaxınlıqda olduğuna inam yüksəlir. Həmçinin, tədbir iştirakçılarından Suraxanı rayonunun fəal gənci Emil Lətifov və Nərimanov rayonunun fəal gənci Günay İmanova layihənin mövzusu ətrafında fikirlər söyləmiş, belə vətənpərvər layihələrin mütəmadi olaraq təşkil edilməli olduğunun və gənclərin Qarabağla bağlı daha dolğun informasiyalara yiyələnə bilməsi üçün kiv-lərin fəallığının artmasının vacibliyini qeyd edib. Tədbirin sonunda iştirakçıları layihə ilə bağlı maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info