Məişət zorakılığının qarşısını almaq mümkündürmü?
Tarix: 18.02.2013 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


BMT-nin Əhali Fondunun Azərbaycan üzrə
nümayəndəsi Antonius Broek: “Bu sahədə Azərbaycanda
ciddi siyasi iradə mövcuddur”


“Azərbaycan Respublikasında məişət z orakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirildi. Yeni layihə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Avropa Birliyi, BMT-nin Əhali Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə əməkdaşlığı ilə icra olunacaq.

Erkən nikah da
məişət zorakılığının bir halıdır


Tədbirin açılışında çıxış edən Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Avropa Birliyi, BMT-nin Əhali Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə əməkdaşlığı ilə keçiriləcək layihənin məqsədi qadınların hüquqları və sosial və iqtisadi səlahiyyətlərinin qorunması və təşviq edilməsi, eləcə də qadınlara qarşı zorakılıq edilməsi ilə mübarizəni dəstəkləməkdir: “Məişət zorakılığı bu gün də öz aktuallığını saxlayır. Avropada hər 5 ailədən birində məişət zorakılığı baş verir, hər 7 qadından biri də bu zorakılığa məruz qalır. Ölkəmizdə məişət zorakılığına qarşı dövlət səviyyəsində tədbirlər həyata keçirilir. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun tətbiq edilməsi barədə Prezident tərəfindən fərman imzalanıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rolu var. Son illər ölkədə cəmiyyətin bu problemə münasibəti dəyişib. Ən əsası isə odur ki, bu məsələdə davamlı iradə mövcuddur. Bu istiqamətdə ölkədə bir çox işlər görülsə də, hələ də hər şey istədiyimiz kimi alınmır. Buna görə də mövcud problemin qarşısını almaq üçün birgə işlər görülməli və məsələ qarşılıqlı şəkildə həll edilməlidir”. Qeyd edildi ki, layihə özündə 6 komponenti birləşdirir. Buraya regionların müəyyən edilməsi, dəstək mərkəzlərinin xidməti heyətinin potensialının artırılması üçün tədbirlər, dövlət müəssisələrinin xidməti heyətinin potensialının artırılması, məlumatlılığın artırılması fəaliyyətləri və s. daxildir. Layihə çərçivəsində 30 qadına texniki və idarəçilik qabiliyyətini genişləndirmək üçün təlimlər keçiriləcək. İlkin olaraq layihənin icrasına Xaçmaz rayonundan başlanacaq.
Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirdi ki, məişət zorakılığı istiqamətində bir sıra işlər görülsə də, cəmiyyətin bu dəstəyə ehtiyacı var: “Bu sahədə layihələrin başlanmasını müsbət qarşılayırıq. Biz belə bir layihəni Heydər Əliyev Fondu ilə birgə keçirdik və onun reallaşmasında Fondun prezidenti Mehriban Əliyeva bizə dəstək göstərdi. Hazırda bu layihə davam edir. Rayonlarda bir sıra müəssisələr yarandı. “Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi” adlı yeni layihə çərçivəsində qadınların sosial-iqtisadi potensiallarının genişləndirilməsi, ailədaxili zorakılığın qurbanları üçün istinad mexanizminin gücləndirilməsi və cəmiyyətdə gender məlumatlılığının artırılması vasitəsilə qadınlara qarşı ailədaxili zorakılığın qarşısını almaq istiqamətində hökumətin cəhdlərinə yardım göstərilməsi nəzərdə tutulur. Bu istiqamətdə cəmiyyəti güclü əməkdaşlığa dəvət edirəm. Ölkə başçısı da bu günlərdə çıxışında bildirdi ki, biz nə ediriksə, yalnız insanlarımız üçün edirik. Dövlətin güclü siyasəti var və bunu yerlərdə də çatdırmaq lazımdır. AQUPDK-nin Avropa İttifaqı, BMT-nin Əhali Fondu ilə layihələri var. Fransadan güclü ekspertlər Azərbaycana gəlib. Bu onu göstərir ki, beynəlxalq təcrübəni Azərbaycana cəlb etməyə hazırıq. Ancaq bununla yanaşı, bizim öz təcrübəmiz də var, sadəcə bunu davam etdirmək lazımdır”. H. Hüseynova hər kəsi bu problemin həlli üçün birgə əməkdaşlığa dəvət edərək qeyd etdi ki, ölkədə ailənin qorunması, mövcud problemlərin aradan qaldırılması üçün güclü siyasət həyata keçirilirsə, hər kəs də buna dəstək olmalıdır. Bu layihəni isə çox müsbət qiymətləndirən komitə sədri digər qeyri-hökumət təşkilatlarını da bu məsələdə təşəbbüs göstərməyə səslədi və bildirdi ki, bu, çox gözəl nümunədir və onun nəticəsini yaxın zamanlarda görmək mümkün olacaq: “Erkən nikah da məişət zorakılığının bir halıdır. Biz bir çox rayonlarda bunun qarşısını ala bildik”. Komitə sədri bütün cəmiyyətə komitə ilə əməkdaşlıq etməyə və bu sahədə dəstək olmağa çağırış edib.

Ailə-məişət zorakılığı
qurbanlarının 10-dan 9-u qadınlardır


Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova da Azərbaycan cəmiyyətində zorakılığın həll edilməli olan mühüm problemlərdən biri olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan cəmiyyətində hər kəs, xüsusilə, qadınlar bu hallarla qarşılaşa bilər. R.Aslanovanın sözlərinə görə, sadəcə hamı birgə şəkildə bu problemin həllinə öz dəstəyini göstərməlidir.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia da tədbirdə çıxışı zamanı zorakılığın bütün dünya ölkələrində həll edilməsi vacib olan məsələlərdən biri olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycanda bu istiqamətdə mühüm işlər həyata keçirilir. Avropa Birliyi bu məsələdə Azərbaycana hər bir dəstək göstərməyə hazırdır. Səfir Roland Kobia bildirdi ki, layihədə yer alan məlumatlar ictimaiyyətə daha geniş formada çatdırılmalıdır. Hər bir kişi bu məlumatları dinləməlidir. Onun sözlərinə görə, zorakılıq elə bir məsələdir ki, bütün qadınlara təsir edir. O, dünyada 70% qadının fiziki zorakılığa məruz qaldığını ifadə etdi. Qeyd etdi ki, bunların səbəbkarları isə çox zaman kişilər olur: “Qurbanlar isə çox zaman sevilən şəxslər olur. Bu sadəcə cinayət deyil, eyni zamanda, rəzalətdir və kişilərə yaraşmayan hərəkətdir”. Aİ rəsmisi bildirdi ki, bu hal bütün cəmiyyətlərə təsir edir və çox zaman qorxulu forma alır. Ailə-məişət zorakılığı qurbanlarının 10-dan 9-u qadınlardır: “Bu eyni zamanda uşaqlara təsirsiz ötüşmür. Bu zorakılığın qarşısını almalı, preventiv, qabaqlayıcı tədbirlər görməliyik. Eyni zamanda qadınlara imkanlar yaratmalı, iş imkanları təqdim etməliyik”.
BMT-nin Azərbaycan Nümayəndəliyinin rezident əlaqələndiricisi, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəsi Antonius Broek isə Azərbaycanın bu problemin həllinə xüsusi diqqət yetirməsini yüksək qiymətləndirdi: “Bu sahədə Azərbaycanda ciddi siyasi iradə mövcuddur. Bunun nəticəsində də ölkədə müəyyən problemləri həll etmək mümkün olacaq. BMT də hər zaman mövcud sahədə Azərbaycana dəstək göstərməyə hazırdır”. Antonius Broek bildirdi ki, BMT hər zaman çalışıb ki, bərabər hüquqlar, gender bərabərliyi təmin olunsun. Yoxsulluğun aradan qaldırılması, qadınlar üçün iş yerlərinin yaradılması, onların sosial statuslarının qaldırılması bu istiqamətdə müsbət təsir göstərə bilər. BMT nümayəndəsi Azərbaycanda bu məsələlərə xüsusi diqqət yetirildiyini təqdir etdi. Bununla belə, o, bir sıra çətinliklərin olduğunu da qeyd etdi. Onun fikrincə, qanunvericiliyin qəbulundan əlavə, maarifləndirmə işlərinin aparılması da önəmlidir: “Qadınlar pulsuz tibbi və hüquqi yardımlarla təmin olunmalıdır. İqtisadi asılılığın azaldılması istiqamətində layihələr həyata keçirilməlidir. Qadınlar daha çox səlahiyyətləndirilməli, daha çox müstəqil olmalıdırlar”. O, bu istiqamətdə siyasi iradənin nümayiş etdirilməsini təqdir etdi və bunun nəticə verəcəyini bildirdi. A.Broek müştərək əməkdaşlığın davam etdiriləcəyini açıqladı.

Komitə sədri: “Son dövrlər Azərbaycanda məişət zorakılığı hallarının sayı artmır”

“Son dövrlər Azərbaycanda məişət zorakılığı hallarının sayı artmır. Bunun səbəbi isə əhalinin özünün daha çox bu problemlərlə bağlı məsələləri araşdırması və buna adekvat reaksiya verməsidir”. Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, əvvəllər baş verən zorakılıq halları qapalı şəkildə ailədə qalır və üzə çıxarılmırdı: “Amma indi belə imkanlar yaranıb ki, müraciət edən hər bir vətəndaşa vaxtında və tez bir zamanda köməklik edilir. Profilaktik işlər görərək onların qarşısını vaxtında almaq olur. Son zamanlar məişət zorakılığına əsas yaradan erkən nikahların qarşısının alınması da bu halların sayının azalmasına şərait yaradıb. Artıq dövlət tərəfindən erkən nikahların qarşısı alınır və ailələrə dəstək verilir ki, onlar öz talelərini istədikləri kimi qura bilsinlər”.

“Zorakılıq hallarına məruz qalanlar üçün mərkəzlərin bir çoxu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində formalaşacaq”


Hicran Hüseynova qeyd edib ki, zorakılıq olandan sonra problemi həll etməkdənsə bundan əvvəl praktik işlər görməklə bu problemin qarşısını almaq olar. Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırda regionlarda, rayonlarda fəaliyyət göstərən Ailə Dəstək mərkəzlərinin əsas istiqamətlərindən biri ailələrlə işləmək və risk olan qruplarda belə işlər aparmaq, mövcud halların qarşısını almaqdır: “Artıq bu istiqamətdə komitədə yüksək təcrübə var. Bu məsələ ölkə rəhbərliyinin də diqqət və nəzarətindədir. Vaxtilə Heydər Əliyev Fondunun BMT ilə birgə “XXI əsrdə qadına qarşı zorakılığa yox deyək” adlı layihəsi çərçivəsində regionlarda könüllü müəssisələr yaranıb. Krizis mərkəzlərində zorakılıq hallarına məruz qalan insanlara dəstək göstərilir. Biz çalışırıq ki, belə müəssisələrin sayı çox olsun. Dövlət səviyyəsində bu işlərə göstərilən nəzarət nəticəsində belə mərkəzlərin bir çoxu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində formalaşacaq. Bir sözlə, dövlətin diqqəti, QHT-lərin köməyi və beynəlxalq təşkilatların təcrübəsi ilə bu problemlərin həlli üçün ölkədə güclü imkanlar yaranır. Bundan da yararlanaraq mövcud problemlərin vaxtında qarşısını almaq olar”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info