“Ermənistan rəhbərliyinin çıxışı hərbi diktatura rejimləri üçün xarakterikdir”
Tarix: 22.12.2015 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


“Ermənistan rəhbərliyinin yalnız hərbi avantüra və ritorikadan ibarət olan çıxışı hərbi diktatura rejimləri üçün xarakter xüsusiyyətdir. Hətta çıxışda Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatının digər üzv dövlətlərinə qarşı da əsassız ittihamlar sürülür. Bu, Ermənistanın hərbi diktatura rejiminin əsl mahiyyətini, onun rəhbərliyində olan şəxslərin səhra komandiri təfəkkürünə malik olmasının əyani göstəricisidir”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Şurasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Beynəlxalq hüququn norma və prinsiplərinə,BMT Nizamnaməsinə və hətta Kollektiv Təhlükəsizliyə dair Müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Ermənistan tərəfindən hərbi gücdən istifadə olunmaqla, Azərbaycana qarşı hərbi təcavüz törədilib və ölkəmizin ərazilərinin 20 faizi işğal edilib.
H. Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Ermənistan istisna olmaqla, KTMT-nın bütün üzv dövlətləri ilə strateji tərəfdaşlıq səviyyəsində siyasi, iqtisadi, hərbi-texniki, müdafiə və humanitar əməkdaşlığı var, birgə səylərlə ikitərəfli əsasda bu əlaqələrin bütün istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün potensial imkanlardan istifadə olunur.
“Ermənistan rəhbərliyinə xatırlatmaq istərdik ki, KTMT-nin beynəlxalq hüquqi əsasını təşkil edən və 10 dekabr 2010-cu ildə yeniləşdirilmiş Kollektiv Təhlükəsizliyə dair Müqavilənin 1-ci bəndinə uyğun olaraq, “iştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək barədə öhdəliklərini bir daha təsdiq ediblər. Beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və hətta Kollektiv Təhlükəsizliyə dair Müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Ermənistan tərəfindən hərbi gücdən istifadə olunmaqla, Azərbaycana qarşı hərbi təcavüz törədilib və ölkəmizin ərazilərinin 20 faizi işğal edilib. Ermənistan silahlı qüvvələrinin qanunsuz olaraq, işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu atəşkəsin pozulmasının və insidentlərin baş verməsinin əsas səbəbidir. Buna görə də bütün məsuliyyət işğalçı dövlət kimi Ermənistanın üzərinə düşür”, - deyə Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan KTMT Şurasının dünən keçirilən iclasında Azərbaycan əleyhinə ittihamlar səsləndirərək Azərbaycanın atəşkəs rejimini pozmaqla KTMT-yə üzv olan digər dövlətlərə də atəş açdığını bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info