“Sarkisyan dünya ictimaiyyətini aldadır”
Tarix: 22.12.2015 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


"Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın Moskva şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv təhlükəsizlik Şurasının növbəti sessiyasında populist çıxışı coğrafiyadan anlayışı olmayan, qeyri-adekvat şəxsin danışması təəssüratını yaradır".
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin bu gün yaydığı açıqlamada bildirilir.
Açıqlamada deyilir ki, Azərbaycan ərazilərinin işğalında, günahsız insanların qətlində bilavasitə iştirak edən, terrorizmi, separatizmi, işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran S. Sarkisyan indi də bu cür yalan çıxışları ilə dünya ictimaiyyətinin gözünə kül üfürür və onları yanlış istiqamətə yönəltməyə cəhd göstərir.
"Dünyada heç bir dövlət, hətta Ermənistan tərəfindən belə tanınmayan Dağlıq Qarabağda quldur dəstələrinə başçılıq edən, terror təşkilatları ilə isti münasibətlərdə olan və öz xalqını daim aldatmaq vərdişindən əl çəkməyən bu cani müxtəlif qurumlarda ziddiyyətli bəyanatları ilə "zavallı" xalqına mərhəmət və yardım dilənməklə məşğuldur.
Terrorizmə və separatizmə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə, dünya ölkələri tərəfindən tanınan sərhədlərimiz daxilində, terrorun, işğalçılığın və separatizmin kökünün birdəfəlik kəsilməsi üçün müvafiq tədbirlər görür və gələcəkdə də görəcək". - deyə açıqlamada vurğulanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
22.01.2019
Əli Abdalov Mehman Hüseynovla barışıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info