Muxtar respublikada nağdsız ödənişlərin həcmi artıb
Tarix: 22.12.2015 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin dördüncü tirajında hədiyyə qazanmış şəxslərlə görüş keçirilib.(AZƏRTAC)
Tədbirdə Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Nurlan Əliyev nağdsız ödənişlərin aparılması sahəsində görülən işlərdən danışıb.
Bildirilib ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində Vergilər Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq nağdsız ödənişlərin həcminin artırılması məqsədilə hər 6 ayda bir dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir keçirilir. Təkcə 2014-cü ildə elektron ödəniş vasitələrindən istifadə edərək ödəniş aparan vətəndaşların ödədikləri məbləğə müvafiq olaraq 223 nəfərə 20 min manatlıq hədiyyə verilib. Bu ilin birinci yarısında muxtar respublika üzrə 200 vətəndaşa 10 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov nağdsız ödənişlərin üstünlükləri və bu sahədə bank orqanlarının apardıqları stimullaşdırıcı tədbirlər barədə məlumat verib. Qeyd edib ki, əgər 2014-cü ildə muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 12 milyon 513 min manat, o cümlədən Naxçıvan şəhəri üzrə 8 milyon 536 min manat təşkil edirdisə, 2015-ci ilin on bir ayında muxtar respublika üzrə bu göstərici 16 milyon 640 min manat olub. Bunun da 9 milyon 13 min manatı Naxçıvan şəhərinin payına düşüb. Cari ilin yanvar-noyabr aylarında muxtar respublika sakinləri tərəfindən aparılmış nağdsız ödənişlərin 9 milyon 778 min manatı POS-terminallar üzərindən, 6 milyon 861 min manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev çıxış edərək “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin dördüncü tirajında hədiyyə qazanmış şəxslər və hədiyyələrin müəyyən edilməsi haqqında qısa məlumat verib. Bildirilib ki, vergi və bank orqanlarının əməkdaşlarının iştirakı ilə yaradılmış komissiya tərəfindən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin dördüncü tirajında hədiyyə qazanmış şəxslərin sayı muxtar respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə 198, o cümlədən Naxçıvan şəhəri üzrə 42 nəfər müəyyən olunub.
Komissiya tərəfindən bank orqanlarından 2015-ci il iyulun 1-dən 2015-ci il dekabrın 1-dək nağdsız ödəniş aparan şəxslər barədə müvafiq məlumatlar əldə edilib.
Sonra Naxçıvan şəhər sakini olan 42 nəfərə müxtəlif hədiyyələr təqdim olunub.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info