“Avropa Məhkəməsinin qərarları təzyiq metodudur”
Tarix: 23.12.2015 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Ölkəmiz müstəqillik əldə etdiyi ilk illərdən, universal dəyərlərə, hüquqi dövlətçilik prinsiplərinə sadiqliyini bəyan edib. Müstəqilliyin ilk illərindən başlayaraq, ölkəmiz insan hüquqları, söz və mətbuat azadlıqlarının, gender bərabərliyinin, mədəni sərvətlərin qorunması, yuvenial ədliyyənin tətbiqi və s. sahələrdə mövcud beynəlxalq konvensiyalara, sazişlərə qoşulub, bəzən bu və ya digər beynəlxalq təşəbbüsün müəllifi kimi çıxış edib və bu sahədə öncüllüyü ilə diqqəti cəlb edib.
Bununla paralel olaraq, milli qanunvericiliyimizin beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq Qərb təsisatları ilə əməkdaşlıq edilib, bir sıra milli hüquqi aktlar məhz belə əməkdaşlıq və müzakirələrin nəticəsində qəbul edilib. Amma bu, heç də o demək deyil ki, beynəlxalq institutlar, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlıq Azərbaycana qarşı yeni şərtlər irəli sürmək, bu və ya digər güzəştlərə məcbur etmək, yerli məhkəmə-hüquq sisteminin məhv edilməsi, cəzasızlıq mühiti formalaşdırılması ilə nəticələnməlidir. Bu məsələdə ilk növbədə, dövlətin, onun cəmiyyətinin, vətəndaşlarının və milli maraqlarının diktəsi əsasdır. Lazımi vəkillər vasitəsilə işini Avropa instansiyalarına daşımaqla isə cəzadan yayınmaq mümkün deyil. Avropa Məhkəməsinin isə qəbul etdiyi qərarlar heç də obyektivlikdən irəli gəlmir və sifariş xarakterli, ayrı-ayrı dünya güclərinin siyasi təzyiqini ifadə edən xarakter daşıyır. Buna görə də Rusiya, Almaniya və Böyük Britaniya praktikasında da bu məhkəmənin qərarlarını icra etməmək var. Rusiya Prezidenti Vladimir Putin tərəfindən son dövrlərdə bu barədə imzalanan qanunu da misal çəkmək yetər.

Hikmət Babaoğlu:
“Avropa Məhkəməsi çox hallarda hüquqi məsələləri siyasi müstəvidə qiymətləndirməklə qərəzli qərarlar çıxarır”
Mövzu ilə bağlı bizə fikirlərini bildirən millət vəkili Hikmət Babaoğlu qeyd etdi ki, Avropa Məhkəməsinin qərarları heç bir ölkə üçün imperativ ola bilməz: “Çünki hər ölkənin özünün milli qanunvericiliyi və milli məhkəmə-hüquq sistemi var. Milli dövlətlər üçün Avropa strukturları heç bir halda üstqurum deyil və ola bilməz. Əgər belə olarsa, o zaman milli dövlət və onun daxili strukturları sıradan çıxar və bütövlükdə milli dövlətdən və milli iradədən danışmaq olmaz.Avropalıların istəyi də elə budur.Onlar özlərini qlobal dövlətin subyektləri, yerdə qalan dövlətləri isə obyektləri hesab edirlər və düşünürlər ki,öz maraqlarına cavab verən hər hansı məsələni, o cümlədən məhkəmə qərarlarını milli dövlətə diktə edə bilərlər. Əlbəttə, belə davranış, ilk növbədə, müstəqil dövlətlərə təzyiq kimi başa düşülməlidir. Ona gorə də haqlı olaraq Rusiya, İngiltərə, Almaniya kimi ölkələrdə Avropa Məhkəməsinin qərarlarının icra mexanizmi, ya ümumiyyətlə, yoxdur, ya da ləğv edilib. Bu, cox doğru haldır. Əgər hər hansı bir dövlət Avropa Məhkəməsinin qərarlarını dərhal yerinə yetirərsə, onun özünün məhkəmə hüquq sistemi çökər . Üstəlik, belə vəziyyət vətəndaşların öz ölkəsinin hüquq sistemindən imtina etməsinə qədər gətirib çıxara bilər ki, bu da vətəndaş itaətsizliyi və cəzasız məkan yarada bilər.Ona görə də Avropa Məhkəməsinin qərarları əsla imperativ ola bilməz. İkinci başlıca problem odur ki, Avropa Məhkəməsi çox hallarda hüquqi məsələləri siyasi müstəvidə qiymətləndirməklə qərəzli qərarlar çıxarır. Hələ bəzi hallarda belə qərarların obyektivliyinə avropalıların dini, yaxud irqi mövqeyi də mənfi təsir göstərə bilir. Belə olduqda, biz məhkəmə və ədalət sözlərini birlikdə işlədə bilmərik. Ancaq bütün hallarda məhkəmə sözü insanların düşüncəsində ədalət sözü ilə assosiasiya olunur. Avropa Məhkəməsi isə bunu təmin edə bilmir.Ona görə də bu məhkəmənin fəaliyyəti müsbət qiymətləndirilə bilməz”.

Rafiq Əliyev:
“Avropa Məhkəməsi özfəaliyyətdir”

Keçmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, professor Rafiq Əliyev isə bildirdi ki, Avropa Məhkəmesinin özü beynəlxalq hüquq çərcivəsindən kənardadır və onun qəbul etdiyi qərarların realizəsi məsləhət xarakteri daşıyır: “Onu kim və nəyə əsasən yaradıb?! Onun statusu yoxdur. O, özfəaliyyətdir”.

İlqar Orucov:
“Avropa Məhkəməsi 1milyondan çox insanımızın pozulmuş hüquqlarının bərpasına yönəlmiş bircə qərar belə qəbul etməyib”

Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə məsələyə münasibətini belə bildirdi: “Avropa Məhkəməsinin bu cür qərəzli qətnamələri təkcə Azərbaycana qarşı deyil, bir çox Şərqi Avropa ölkələrinə qarşı tətbiq edilir. Təbii ki, həqiqəti əks etdirməyən bu cür qərarlar müasir Avropanın təzyiq metodlarından biridir.
Yeni müstəqillik əldə etmiş və müstəqil siyasət yürüdən, xalqının maraqlarını üstün tutan dövlətlərə qarşı illərdir bu formada haqsızlıqlar edilir.
Məqsəd aydındır. Bunlar müəyyən siyasi dairələrin, siyasi institutlarin diqtəsi ilə siyasət yürütməyə çalışırlar. Müstəqil siyasət yürüdən dövlətləri bu cür asılılığa cəlb etmək bunun əsasında dayanır. Əslində, bu cəhdlər əbəsdir.
Maraqlıdır, Avropa Məhkəməsi 1milyondan çox insanımızın pozulmuş hüquqlarının bərpasına yönəlmiş bircə qərar belə qəbul etməyib.
Bir daha qeyd edirəm ki, bizim aydın məqsədimiz var. Dövlətin bir mövqeyi var: İnsanlarımızın, vətəndaşlarımızın ən elementar hüquqlarından tutmuş, ən yüksək səviyyədə hüquqları qorunur, bu istiqamətdə mütəmadi olaraq hüquqi bazanın təkmilləşdirilməsi işləri həyata keçirilir. Və bu proseslər bundan sonra da davam edəcək”.

Mütəllim Rəhimli:
“Avropa Birliyinin, ATƏT-in, Avropa Şurasının siyasi konyunkturalı, reallığı əks etdirməyən mövqeyinin üzə çıxmasını müşahidə etmişik”

Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli isə qeyd etdi ki, Dağlıq Qarabağ məsələsinə münasibətdə Avropanın ikili mövqeyi göstərdi ki, o, problemlərə ədalətli yanaşmır. Separatçı və terrorçu ermənilərə, hətta status vermək niyyətini ortaya qoymaqla onları həvəsləndirir. Bütün bunlar isə Avropa strukturlarına olan inamın respublikamızda sarsılmasına gətirib çıxarıb. Bununla belə, Avropa Məhkəməsi indiyədək Azərbaycanın maraqları əleyhinə hansısa qərar qəbul etməyib. Bununla yanaşı, doğma torpaqlarından didərgin düşmüş insanların haqlı iddiaları da təmin olunmayıb. Onlara dəymiş maddi, mənəvi zərər və pozulmuş hüquqlarının bərpası istiqamətində heç bir qərar qəbul edilməyib. Avropanın strukturlarının ədalətli mövqeyinə olan şübhələrin baş qaldırması təbiidir. Bir çox hallarda Avropa Birliyinin, ATƏT-in, Avropa Şurasının siyasi konyunkturalı, reallığı əks etdirməyən mövqeyinin üzə çıxmasını müşahidə etmişik”.
M.Rəhimlinin sözlərinə görə, Rusiyanın Avropa Məhkəməsinin qərarlarını icra etməməsi və onu icraya yönəltməsi ilə bağlı yeni mexanizmlər üzərində işləməsi mümkündür. Bu o deməkdir ki, Rusiya Avropa Birliyi ilə aralarında olan gərginliyə görə bu addımı atır.
İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info