Ermənistan kəndləri sosial partlayış ərəfəsində
Tarix: 23.12.2015 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Ermənistan hökuməti parlamentə “Kənd kooperativi haqqında” qanun layihəsi təqdim edib. Dövlət bu qanunun qəbul edilməsində və gələn ilin yanvar ayından etibarən qüvvəyə minməsində israrlıdır.
Təbii ki, dövlətin belə tələskənliklə qanun layihəsini qəbul etdirməsi elə deputatlar üçün də müəmma olaraq qalır. Ermənistanda təqribən 349 kəndli təsərrüfatı mövcuddur və hər bir təsərrüfat sahibi təqribən 1.4 hektar torpaq sahəsinə malikdir. Aydın məsələdir ki, belə bir kiçik torpaq sahələri iqtisadi cəhətdən istifadə üçün çox səmərəsizdir və bu sahədəki səmərəliliyi artırmaq üçün bu sahədə konsolidasiya həyata keçirmək lazımdır. Lakin bu konsolidasiyanı hansı hesabla həyata keçirmək olar? Bütün dünyada bu proses təbii yolla həyata keçirilir: inkişaf etmiş sənaye şəhərlərində işçi qüvvəsinə tələb kəndlilərin daha yaxşı yaşayış üçün şəhərə axmasına rəvac verir. Şəhərə köçən kəndli öz torpaq payını həmkəndlisinə satmaq məcburiyyətində qalır və bu da, təbii ki, torpağın konsolidasiyası ilə nəticələnir. Ermənistanda bu gün 430 min nəfər kənd təsərrüfatı ilə məşğul olur ki, bu da ölkədə sənaye sahəsində çalışanların sayından beş dəfə çoxdur. Bu da Ermənistanın kənd təsərrüfatı ölkəsi olduğunu deməyə əsas verir. Lakin erməni kəndlisinin aylıq gəliri ölkəni geridə qalmış aqrar ölkə kimi xarakterizə etməyə imkan verir. İqtisadiyyatı bərbad vəziyyətdə olan Ermənistanın şəhərlərində iş yeri tapmaq mümkün deyil. Kənd yerlərində dolanışıq daha pisdir. Dövlət bu sahəyə investisiya yatırmaq iqtidarında deyil. İş tapmaq üçün şəhərlərə üz tutanların üzünə bu qapı da bağlanıb. Sosial partlayışın qarşısını almağa cəhd edən Sərkisyan hakimiyyəti kənd kooperativləri yaratmağı təklif edir. Amma ekspertlər hesab edir ki, bu, erməni kəndlilərini xilas etməyəcək. Məsələ ondadır ki, dövlətin kooperativlərə dəstək olmaq üçün gücü yoxdur. Yeni qanun kəndlilərin bir çoxunu torpaqsız qoya bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info