5 rayon və şəhərdə Gənclər evinin tikintisi davam edir
Tarix: 23.12.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclası keçirilib
Dünən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclası keçirilib. Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə gənclər sahəsinə göstərilən dövlət qayğısından danışıb.
Nazir bildirib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir və iqtisadi, humanitar, sosial tədbirlərin təşkilində, beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır. Ölkə gənclərinin hərtərəfli inkişafının təmin edilməsi bu sahədə dövlət siyasətinin başlıca məqsədidir. Gənc nəslin mənəvi və fiziki sağlamlığı, vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərin intellektual inkişafı, cəmiyyətin ictimai həyatında fəal iştirakı, onların asudə vaxtının mənalı təşkili kimi məsələlər daim diqqət mərkəzindədir. Azad Rəhimov qeyd edib ki, proqram ötən beş il ərzində uğurla icra olunub. Bu müddətdə həqiqətən çox əhəmiyyətli işlər görülüb və böyük nailiyyətlər qazanılıb. Bu işlərin ümumi əlaqələndirilməsi Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunsa da, tərəfdaşlarımızın əməyi olduqca böyükdür. Sonra ötən beş ildə gənclər sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən videoçarx nümayiş olunub. Videoçarxın nümayişindən sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev hesabat məruzəsi ilə çıxış edib. O, qeyd edib ki, “"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına dövlət büdcəsindən 59 milyon 956 min 735 manat vəsait ayrılıb. 5 rayon və şəhərdə Gənclər evinin tikintisi davam edir. İndiyədək ümumilikdə 33 Gənclər evi tikilib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info