AB suriyalı üsyançılar silahlandırmaq istəyir
Tarix: 18.02.2013 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Suriya İnsan Hüquqlarının Müşahidəsi Qrupunun məlumatına görə, son bir gün ərzində ölkədə gedən döyüşlərdə 90 nəfər həlak olub. Üsyançılar Hələb şəhərində hökumət qüvvələrinin bir neçə hərbi bazasını ələ keçirdikdən sonra aeroporta nəzarəti ələ almaqdan ötrü hücumları intensivləşdiriblər. Hökumət qüvvələri bir neçə həftədir, beynəlxalq uçuşların dayandırıldığı aeroportdan hərbi məqsədlər üçün istifadə edirlər. Silahlı qarşıdurmaların getdiyi bir vaxtda Dəməşq, Hələb, Daraa, Hama, Deyr Azur şəhərlərində və İdlib əyalətində yüzlərlə adam küçələrə çıxaraq etiraz aksiyaları keçirib. Onlar hökumətin istefaya getməsini və vətəndaşların qətlində əli olan məmurların mühakimə olunmasını tələb ediblər. Digər tərəfdən, Suriya Milli Koalisiyası Qahirədə keçirdiyi görüşdən sonra bəyanatla çıxış edib. Qeyd edilib ki, böhranın siyasi yolla həllinin Bəşər Əsəd və onun tərəfdarlına heç bir aidiyyəti yoxdur. Hakimiyyət törətdiyi cinayətlərə görə ədalət qarşısında cavab verməli olacaq. Yeri gəlmişkən, qeyd edək ki, Avropa Birliyinin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə bir araya gəliblər. Görüşdə əsas müzakirə mövzusu Suriya və Malidəki vəziyyətdir. Nazirlər Suriyada davam etməkdə olan zorakılığa son qoyulmasının yollarını nəzərdən keçirirlər. Həmçinin Suriyada üsyançıların hökumət qüvvələrinə qarşı döyüşlərdə hərbi yardım ala bilmələri üçün Suriyaya qarşı tətbiq edilmiş silah embarqosuna düzəliş edilməsi nəzərdən keçirilir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info