Amerikalı memar: “Bakı müasir memarlıq abidələri ilə zəngindir”
Tarix: 23.12.2015 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


ABŞ-ın Azərbaycanda həyata keçirdiyi "spikerlər proqramı" çərçivəsində ABŞ-ın tanınmış memarlar Mark Xidekel və Regina Xidekel Azərbaycanda səfərdədilər.
Onlar Bakıda Memarlıq və İnşaat Universitetində, həmçinin Azərbaycan memarları ilə görüşlər keçiriblər.
Mark Xidekel Bakıda ikinci səfə olduqlarını və şəhəri çox bəyəndiklərini bildirib: "Bakı Avropa ilə Asiyanın kəsişməsinə yerləşir. Bu Bakıya təkrarolunmaz görüntü verir. Bakı müasir memarlıq abidələri ilə zəngindir. Bu ondan xəbər verir ki, ölkə inkişaf edir. Hesab edirəm ki, buradakı tarixi binaları,qədim küçələri qorumaq lazımdır".
Memar Bakıdakı binaların üzlüklərinin daş olmasını bəyəndiyini deyib. O, Bakıda göydələnlərin tikilməsinin tamamilə mümkün olduğunu deyib: "İlk növbədə iradə ilə, daha sonra texnoloji imkanlar və maliyyə vəsaiti ilə bu mümkündür. Burada vertikal şəkildə çox gözəl binalar tikmək olar. Burada memarlarla görüşlər keçirərkən bir sıra layihələri müzakirə etdik. Məsələn Bayraq Meydanı ətrafında çox gözəl rayon qurmaq mümkündür. Bunu komanda şəklində etmək olar". Hazırda Nyu-Yorkda yaşayan memar horizontal binalar ideyasını dəstəkləyir.
O, bu layihəni çox əlverişli hesab edərək bunu Bakıda tikməyin mümkün olduğunu bildirib. Onun sözlərinə görə, bununla Bakı horizontal binaların tikildiyi ilk paytaxt ola bilər. Memar təklif olarsa, bu sahədə Azərbaycanda işləməyə yazır olduğunu bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info