Nardarandan xeyli sayda güllə tapılıb
Tarix: 23.12.2015 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Sabunçu rayonunun Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti dəfə əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qəsəbədə iki mənzildən xeyli sayda silah tutulub.
Əməliyyat Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi, Çevik Polis Alayı, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi, Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib. Əməliyyat zamanı Nardaran qəsəbə sakini, 1998-ci il təvəllüdlü Hümbətov Balaəli Tasim oğlunun yaşadığı evin zirzəmisindən 2 ədəd 16 aklibir patron və 1 ədəd ov bıçağı, qəsəbə sakini, 1966-cı il təvəllüdlü Bünyatov Sərdar Zeynalabdin oğlunun yaşadığı evin həyətindən isə 36 ədəd tapança patronu aşkar edilib. Faktla bağlı iki nəfərin saxlanıldığı deyilir.
Sabunçu Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər və hazırda əməliyyatın davam etdirildiyi bildirilib. Məlumata görə, hazırda Sabunçu rayonunun hüquq-mühafizə orqanlarının rəhbər işçiləri Nardaran qəsəbəsindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info