“Jamanak”: “Rusiya Ermənistanda öz oyununu oynayır”
Tarix: 18.02.2013 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Erməni mətbuatı Rusiyanın Ermənistana münasibəti və Rusiya-Ermənistan əlaqələrinin perspektivi barədə yazıb. Belə yazılardan biri də “Jamanak” qəzetində dərc olunub. Həmin yazını təqdim edirik:

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov Ermənistana səfər edib. Bu səfər bir neçə rakursdan diqqətə layiqdir. Əvvəla o, Ermənistana seçkiqabağı kampaniyanın finalında gəlib. Digər tərəfdən, general Qerasimov Moskvadan gəlmiş “güclü” qonaqdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birinci katibi Nikolay Bordyuja, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və üstəgəl Valeri Qerasimov seçkiqabağı kampaniyalar ərəfəsində bir ay ərzində Ermənistana gələnlərdir. Bununla da, bir-birinə kifayət qədər zidd vəziyyət yaranır. Bir tərəfdən, Rusiya hələ seçkiqabağı kampaniyalara qədər, hamiliyində olan gücün vahid namizədi Serj Sərkisyana qarşı olan “Daşnaksütyun”, “Çiçəklənən Ermənistan” partiyalarını, Ermənistan Milli Konqresini, belə demək mümkünsə, uzaqlaşdırdı; digər tərəfdən, Rusiya, belə desək, tamamilə müxtəlif xarakterli Bordyuja-Şoyqu-Qerasimov üçlüyünün timsalında seçkiqabağı kampaniyaya qoşuldu. Çox güman ki, Moskva üçün Ermənistanda hakimiyyət uğrunda daxili mübarizə çəkişməsi maraq kəsb etməyə başlayıb. Və Moskva bu daxili çəkişmələrdə vaxt və enerji itirməməyi, bu məsələdə Qərbə qarşı durmamağı; mövcud resursları daha böyük oyuna sərf edərək məhz maraqların müdafiəsini bu səviyyədə həyata keçirməyi üstün tutdu. Bu nöqteyi-nəzərdən, Amerika analitik mərkəzi “Stratfor”un kifayət qədər nüfuzlu nəşri Ermənistandakı seçkilər barədə məlumat dərc edib. Bu məlumatda hazırkı Rusiya-Ermənistan münasibətlərinin loyal əlaqələri, Rusiya-Gürcüstan münasibətlərinin tənzimlənməsi perspektivi və bunun hazırkı kontekstdə Ermənistan üçün müsbət nəticələrindən bəhs olunur.Qərb analitik mərkəzinin Rusiyanın Qafqazdakı təsiri barədə, xüsusilə Rusiyanın Ermənistandakı seçkiqabağı proseslərdə davranışı kontekstində belə müsbət meyli kifayət qədər maraqlıdır. Çox güman ki, Rusiya ilə Qərb arasında taktiki xarakter daşıyan bu səviyyədə belə bir razılığa nail olunub. Ola bilər ki, Qərblə Rusiya razılaşıblar və “Stratfor”un da reaksiyası bunu sübut edir”.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Erməni müxalifəti: Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info