Kanadada Azərbaycanla bağlı ziyafət təşkil edilib
Tarix: 23.12.2015 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Kanadanın Kalqari şəhərində Azərbaycanın Kanadadakı səfirliyi və Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti (Alberta Azerbaijani Cultural Society) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il və adıçəkilən Cəmiyyətin 10 illiyi münasibətilə ziyafət təşkil edilib.
Azərbaycanın Kanadadakı səfirliyindən verilən xəbərə görə, tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, o cümlədən Kanada Parlamentinin üzvü, Azərbaycan-Kanada Parlamentlərarası Dostluq Qrupunun üzvü Dipak Obray (Deepak Obhrai), Yaponiyanın Vankuverdəki konsulu Yukimi Kurata və Kalqari Türkiyə-Kanada Mədəniyyət Assosiasiyasının (Turkish Canadian Cultural Association of Calgary) prezidenti Erencan Sarsu iştirak ediblər.
İlk öncə Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin yeni seçilmiş prezidenti Famil Qarayev çıxış edərək, Cəmiyyətin milli maraqlarımız naminə gördüyü işlər, həyata keçirdiyi tədbirlər və nailiyyətləri barədə məlumat vermiş və bu işdə onlara daim köməklik göstərən Azərbaycanın Kanadadakı səfirliyinə minnətdarlığını bildirib.
Daha sonra Azərbaycanın Kanadadakı səfirliyin konsulu Faiq Babayev Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbərlərinə bu görüşü təşkil etdiklərinə görə təşəkkürünü bildirib və Cəmiyyətin təsisçisi Səbinə İsgəndərovaya səfirlik tərəfindən hazırlanmış Təşəkkür Sertifikatını təqdim edib.
Bundan sonra Kanada Parlamentinin üzvü Dipak Obray çıxış edərək, Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətini 10 illiyi münasibətilə təbrik edib və Cəmiyyətin təsisçisi Səbinə İsgəndərovaya bununla bağlı sertifikat təqdim etmişdir. D.Obray xüsusilə qeyd edib ki, Azərbaycan-Kanada Parlamentlərarası Dostluq Qrupunun üzvü olmaq onun üçün böyük bir şərəfdir.
Qeyd olunmalıdır ki, Kalqari şəhərinin meri Nahid Nenşi də Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinə təbrik məktubu ünvanlayıb.
Tədbir zamanı Kalqaridə fəaliyyət göstərən “Azerbaijan Heritage Dance Academy”, “Calgary Stars”, “Cücələrim” qrupları və soydaşımız Emili Qubski tərəfindən Azərbaycan musiqisi və rəqsləri də nümayiş etdirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info