Tələbə və məzunlara 380-dən çox boş iş yeri təklif edilib
Tarix: 23.12.2015 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərini davam etdirir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Xidmət tərəfindən növbəti belə tədbir Bakı Slavyan Universitetində təşkil olunub. Tədbirdə 9-u dövlət, qalanları özəl sektora məxsus 62 müəssisə tərəfindən 382 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin iş yerlərindən 337-si özəl müəssisələrə aid olub. Dövlət Məşğulluq Xidmətinin və universitetin rəhbər şəxsləri aktiv məşğulluq tədbirinin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri ilə tanış olub, işəgötürənlərin nümayəndələrinin, tələbə və məzunların belə tədbirlər barədə rəy və təəssüratlarını öyrəniblər.
Bildirilib ki, respublikamızda həyata keçirilən məqsədyönlü dövlət proqramları əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, o cümlədən gənclərin səmərəli məşğulluğunun təminatında mühüm addımların atılmasına səbəb olub. Belə tədbirlərdə məqsəd də dövlət məşğulluq strategiyasına uyğun olaraq, gənclərin əmək bazarına çıxış imkanlarına yiyələnməsinin dəstəklənməsi, onların uğurlu əmək karyerasına doğru ilk addımlarını atmaları, eyni zamanda, işəgötürənlərin müvafiq ixtisas bacarıqlarına malik kadrların seçimini aparmaları üçün şərait yaradılmasıdır.
Tədbirdə işəgötürənlərin nümayəndələri ilə tələbə və məzunlar arasında ilkin əlaqələr qurulub, mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda onların ixtisaslarına olan tələbat barədə məlumatlar verilib. Boş iş yerlərinə göndərişlər verilib, əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər qeydiyyata alınıb. Həmçinin tələbə və məzunlar gələcəkdə işə qəbul olunmaq istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları (CV) təqdim ediblər.
Cari ilin ötən dövründə artıq 10 ali təhsil müəssisəsində aktiv məşğulluq tədbirləri keçirilib. Tədbirlər zamanı 370 nəfər boş iş yerlərinə göndərişlər verilib, 128 nəfər əlavə təhsil kurslarına cəlb olunub, 3443 nəfər tələbə və məzundan şəxsi məlumatları (CV) qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info