“Neftin qiyməti uzun müddət belə davam etməyəcək”
Tarix: 23.12.2015 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


“Bir çox ekspertlər son vaxtlar hesab edirlər ki, neft erası bitdi, yeni texnologiyalar meydana çıxıb, alternativ enerjilər inkişaf edir və bunun nəticəsində neftin qiyməti düşür”.
Bu fikri Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov qəzetimizə bildirdi. Onun sözlərinə görə, birbaşa neft qiymətinin kəskin şəkildə aşağı düşməsinə əsas səbəb son dövrlər Yaxın Şərqdə cərəyan edən hadisələr və bu hadisələrin fonunda Rusiya və onun müttəfiqlərinə qarşı iqtisadi təzyiqdir: “80-ci illərdə də neft erası bitməmişdi ki, onda da neft 7-8 dollar idi. 90-cı illərdə neft 15 dollar idi. Onda hələ yeni texnologiyalar üzərində layihələr var idi. Necə oldu ki, 2008-ci ildən neftin bareli 100 dolları keçdi? Neftə güclü tələbat yarandı? Cəmi 7 il sonra alternativ enerji yarandı və neftin qiyməti düşdü, erası bitdi və s. Xeyr, hörmətli ekspertlər, belə deyil, bunun arxasında kapitalist dünyasının inhisarçı siyasəti və həmin siyasəti dəstəkləyən dünya hökmranlığına can atan dövlətlərin siyasəti durur. İqtisadiyyatı xam neftin satışı ilə inkişaf edən ölkələrin bəziləri bu siyasətə qarşı idilər və mübarizədə birləşirdilər. Həm də lap 150 dollara neftin bir barelini satsalar belə, yüksək texnologiyaların çatışmazlığı, yeni infrastrukturun qurulması üçün tələb olunan zaman onların xam neftdən əlavə neft məhsulları istehsal etmələrinə çətinlik yaradırdı. Neftdən alınan təxminən 3000 adda məhsulu kimlər istehsal edir? Kimin zavod və fabrikləridir? Neft ixracatçısı olan həmin ölkələr”. Anar Xəlilov dedi ki, neft qiymətinin kəskin şəkildə aşağı düşməsinə siyasi səbəblərlə bağlıdır: “Azərbaycan neft ixracı hesabına valyuta əldə edirdi. Valyutanın azalması isə təbii olaraq manatın dollar qarşısında davamlılığını zəiflədir. Ancaq hesab edirəm ki, bu, müvəqqəti hal olacaq, neftin qiyməti uzun müddət belə davam etməyəcək, çünki bu gün ABŞ siyasətinə dəstək verən neft ölkələri, OPEK üzvləri uzun müddət buna davam gətirə bilməyəcəklər”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info