Xalq çalğı alətləri kafedrasının hesabat konserti
Tarix: 23.12.2015 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasının hesabat konserti keçirilib.
Əvvəlcə aparıcı kafedra haqqında məlumat verib. Qeyd olunub ki, 2008-ci ildə yaranan xalq çalğı alətləri kafedrasına sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyeva rəhbərlik edir. Kafedrada səkkiz müəllim və bir baş laborant, laborant fəaliyyət göstərir. Müəllimlərdən ikisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, biri dosent, üçü isə baş müəllimdir.
Sonra tələbələr və müəllimlər, eyni zamanda Xalq çalğı alətləri kafedrasının “Buta” instrumental ansanblı geniş musiqi proqramı ilə çıxış ediblər. Proqramda Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələrinin, dünya klassiklərinin və digər məşhur kompozisiyalar səsləndirilib.
Konsertdə Cahangir Cahangirovun “Qəzəl”, “Bakı mənimsən”, Süleyman Ələsgərovun “Vətənimdir”, Səid Rüstəmovun “Oxu tar”, Qara Qarayevin “İldırımlı yollarla baletindən” qızların rəqsi, Adil Gərayın “Şahnazsayağı” və başqalarının ölməz bəstələri, həmçinin Azərbaycan xalq mahnıları “Gəl inad etmə”, “Yaman könlümə düşmüsən” və digər mahnılar dinlənilib. Tələbələrdən Abdulla Rəhimlinin, İlkin Abdullayevin, Bənövşə Salmanovanın, Lətifə Cəlilzadənin, Ləman Vəliyevanın ifaları konsert iştirakçılarının böyük marağına səbəb olub və gurultulu alqışlarla qarşılanıb.
Sonda konsert haqqında fikirlərini bölüşən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, bu gün incəsənət fakültəsinin həyatında çox əlamətdar bir gündür. Natiq universitetdə digər sahələrdə olduğu kimi, ali musiqi təhsilinə də dövlət qayğısı olduğunu nəzərə çatdırıb. Rektor vurğulayıb ki, tələbələrin istedadlarının artırılmasında peşəkar müəllimlərin rolu əvəz olunmazdır.
Çıxış edənlər konsertin ərsəyə gəlməsində əməyi keçən müəllimləri, konsertin bədii rəhbəri, Xalq çalğı alətləri kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyevanı, həmçinin tələbələri uğurlu proqrama görə təbrik edib, onlara yeni yaradıcılıq nailiyyətləri arzulayıblar.
Hesabat konsertindən sonra tanınmış tenor, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Samir Cəfərov İncəsənət fakültəsinin solo oxuma ixtisasının tələbələri üçün növbəti ustad dərsi keçib.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info