“Gənclər siyasətimiz bizə dərs keçmək istəyən dövlətlərə model olaraq göstərilə bilər”
Tarix: 23.12.2015 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


İRƏLİ İctimai Birliyinin yaranmasının 7 illiyi ilə əlaqədar hesabat xarakterli tədbir keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda 300-dən artıq gənclər təşkilatı mövcuddur, İRƏLİ İctimai Birliyi isə bu təşkilatlar arasında fəallığı ilə seçilir.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov gənclərin gələcəkdə Şuşada, Laçında böyük işlər görəcəyinə inandığını söyləyib.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu gün gənclər siyasətinin ciddi nəticələri görünür: “Gənclər təşkilatlarımız maddi-texniki təchizat baxımından da inkişaf edir. Gənclər siyasətimiz bizə dərs keçmək istəyən dövlətlərə bir model olaraq göstərilə bilər. İRƏLİ İctimai Birliyi gənclər təşkilatları arasında fəallığı, təşəbbüskarlığı ilə seçilir. İnanıram ki, bu birlik fəallığını qoruyub saxlayacaq. Gənclər siyasətinin uğuru Prezident İlham Əliyevin adı ilə bağlıdır”.
Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan gəncliyinin bütün sahələrdə fəal iştirak etdiyini, öz sözünü dediyini vurğulayıb: “Bu gün ölkədə 310 gənclər təşkilatı fəaliyyət göstərir. İRƏLİ İctimai Birliyi yarandığı gündən dövlətçiliyə xidmət edib”.
Daha sonra İRƏLİ İctimai Birliyinin sədri Mirəli Seyidov Prezident İlham Əliyevə ünvanlanan müraciəti oxuyub. Müraciətdə Prezident İlham Əliyevin gənclər siyasətinin həyata keçirilməsi istiqamətində gördüyü işlərə toxunulub və dövlət başçısı ad günü münasibətilə təbrik edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info