Qalib jurnalistlər mükafatlandırıldı
Tarix: 23.12.2015 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirilən fərdi jurnalist yazı müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli çıxış edərək müsabiqənin keçirilməsi barədə məlumat verib.
O qeyd edib ki, müsabiqəyə 156 yazı verilib: "Müsabiqə 60 KİV-i əhatə edir. Biz müsabiqəyə göndərilən və qalib olan yazıları kitab şəkilində çap etmişik. "Sözün Zirvəsində" adlanan kitabda 100 yazı toplanıb. Bu ənənə bundan sonra da davam etdiriləcək. Yazılar 12 ekspert tərəfindən qiymətləndirib. Qiymətləndirmə nəticəsi olaraq 113 qalib müəyyənləşib. Sevindirici hal ondan ibarətdir ki, bu dəfə müsabiqəyə regionlardan da yazılar göndərilib".
Sonra tədbirdə iştirak edən ekspert, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli yazılardakı bəzi nöqsanlara toxunub. Jurnalistləri qarşıdakı müsabiqələrdə daha diqqətli olmağa çağıran M.Ələsgərli onu da qeyd edib ki, bu il müsabiqəyə göndərilən yazılarda xeyli irəliləyiş var.
Sonra çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatın Amaşov müsabiqənin keçirilməsinin vacibliyini vurğulayıb. Jurnalistikanın incəliklərindən danışan Ə.Amaşov qarşıdakı müsabiqələrdə jurnalistlərə uğurlar arzulayıb.
Sonra jurnalistlərin mükafatlandırma mərasimi başlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info