“ Qiymətləndirmədən keçən bütün müəllimlərin maaşı artacaq”
Tarix: 23.12.2015 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Əmək haqlarının artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil ediləcək. Amma artım zamanı qiymətləndirmədən keçən müəllimlər arasında fərq qoyulmayacaq, artım bütün müəllimlərin əmək haqlarına eyni səviyyədə təsir göstərəcək. Bunu Trend-ə Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov diaqnostik qiymətləndirmə zamanı fərqli nəticələr göstərən müəllimlərin əmək haqlarının fərqli prinsiplərlə artıb-artmayacağına aydınlıq gətirərkən deyib. Nazir müavinin sözlərinə görə, amma sonrakı mərhələlərdə - attestasiya, diferensiallaşdırılmış əmək haqqının tətbiqi zamanı müəllimlərin əmək haqlarında fərqlər olacaq.
Gələn il yanvarın 1-dən maaşları yüksəldiləcək 9 rayon və 3 şəhərin müəllimlərinin əmək haqlarında artımın hansı səviyyədə olacağına gəldikdə isə C.Bayramov deyib ki, əmək haqqı artımı Azərbaycan Prezidentinin bir il bundan əvvəl bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncama uyğun olaraq həyata keçiriləcək.
Nazir müavini həmin sərəncama uyğun şəkildə artıq 2015-ci il yanvarın 1-dən Bakı şəhərində müəllimlərin əmək haqlarının artımının baş verdiyini xatırladıb: “İndi eyni qayda 3 şəhər, 9 rayonda 2016-cı il 1 yanvar tarixindən tətbiq olunacaq. Orada sınaq qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması artıq yeni qaydalarla - 18 saatlıq stavka üzrə hesablanacaq. Əmək haqları da həmin yeni qaydalarla hesablanacaq. Orta hesabla 1,5 dəfə dərs yükü norması, iki dəfə isə əmək haqqı artırılacaq. Orta hesabla bir dərs saatının dəyəri təxminən 35 faiz artacaq”.
C.Bayramov qeyd edib ki, hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alına bilər: “Diaqnostik qiymətləndirmənin nəticələri məktəb rəhbərliyi üçün təhlil aparmaqdan ötrü əlavə materialdır. Çünki onlar bu nəticələrə əsasən görürlər ki, sınaq qiymətləndirmədə bu və ya digər fənlərdən yüksək bal toplamış müəllimlər yuxarı sinif proqramlarını daha yaxşı mənimsəyirlər”.
Nazir müavininin sözlərinə görə, diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin ixtisasartırması zamanı da nəzərə alınacaq: “İxtisasartırma artıq modullarla istiqamətlər üzrə müəyyənləşir. Müxtəlif səviyyəli sınaq qiymətləndirmədən keçən müəllimlər üçün müxtəlif tipli ixtisasartırma proqramları keçirilir. Bu nəticələr müəyyən mənada həmin müəllimlərin fəaliyyətlərindəki boşluqları görüb öz üzərlərində daha yaxşı işləmələri üçün bir materialdır”.
Qeyd edək ki, ilk dəfə 2014-cü ildə paytaxt məktəblərində çalışan 30 min müəllimin ixtisas və metodika sahəsində biliklərinin, kommunikativ qabiliyyətlərinin diaqnostik qiymətləndirilməsi aparılıb. Bu ilin sonuna kimi ölkənin daha 3 şəhər və 9 rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi prosesi başa çatacaq. Gələn il yanvarın 1-dən onların maaşları artımla hesablanacaq.
Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlərin bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info