“Konqresə təqdim edilən sənəd son dərəcə qərəzli addımdır”
Tarix: 23.12.2015 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


“Vaad L Hatzolas- Amerika Yəhudiləri Təşkilatı”nın rəhbəri Rav Şmuel Simantov ABŞ-ın Helsinki Komissiyasının Azərbaycana qarşı qəbul etdiyi sənədlə bağlı bəyanat verib. “Vaad L Hatzolas- Amerika Yəhudiləri Təşkilatı”nın mətbuat xidmətinin rəhbəri Murad Salmanovun verdiyi xəbərə görə, o bəyanatda bildirib ki, ABŞ-ın Helsinki Komissiyasının Azərbaycana qarşı qəbul etdiyi sənədi antiazərbayan aktı hesab edir və Azərbaycana qarşı olan bu kimi təzyiq hallarını qətiyyətlə pisləyir. Bəyanatda deyilir: “Hesab edirik ki‚ sözügedən sənəd heç bir reallığa əsaslanmır və sənəddəki müddəaların ABŞ Konqresində qəbul olunması yolverilməzdir. Azərbaycan dünyanın ən demokratik‚ ən hüquqi‚ ən tolerant və multikultural ölkələrindəndir. Yəhudilərlə bərabər bu ölkədə kompakt yaşayan digər xalqlara və eləcədə digər inanclı insanlara‚ müxtəlif dinlərin nümayəndələrinə hər zaman böyük hörmət və ehtiram göstərilib. Azərbaycandakı hüquqi və humanist dəyərlər böyük diqqətə layiq məsələdir. Helsinki Komissiyasının tərtib etdiyi və ABŞ Konqresinə təqdim etdiyi sənəd reallığı əks etdirmir və son dərəcə qərəzli addımdır. ABŞ hökumətinin bu kimi qərəzli və qeyri-obyektiv ittihamlardan ibarət olan sənədi qəbul etməyəcəyinin inancındayıq. Amerika Yəhudi Təşkilatı olaraq Azərbaycan dövlətinin mövqeyini dəstəkləyir və bu məsələdə Azərbaycanla həmrəy olduğumuzu‚ daim dost-qardaş Azərbaycan xalqının yanında olduğumuzu bəyan edirik!”

Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info