“Azərişıq” ASC Qubanın ucqar dağ kəndində yarımstansiya istifadəyə verdi
Tarix: 23.12.2015 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı həyatımızın bütün sahələrində, o cümlədən elektroenergetika sisteminin inkişafında da artıq öz əksini tapıb. Şəbəkənin aktivlərinin uzun müddət ərzində istismarı, onlarının fiziki və mənəvi cəhətdən aşınma səviyyəsinin yüksək olması, xüsusən son illərdə bölgələrdə aparılan geniş miqyaslı yenidənqurma işləri, turizm obyektlərinin inşa edilməsi, sənaye və ticarət obyektlərinin tikintisi nəticəsində güc artımının yüksək həddə çatması bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edirdi. Regionlarda hiss olunacaq dərəcədə fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik enerjisi təsərrüfatı xüsusən qış aylarında dözülməz anlar yaşayırdı. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan “Azərişıq” ASC elə ilk günlərdən bütün regionlarda əsaslə təmir-tikinti, yenidənqurma işlərinə başladı. Regionlardakı mövcud vəziyyət öyrənilərək qərarlar qəbul edildi, təcili və təxirə salınmaz iş planı hazırlandı.



Bu sırada “Şimal” RETSİ-nə aid olan Quba Elektrik Şəbəkəsində vacib addımların atılmasına ehtiyac vardı. Qubanın ucqar dağ kəndlərində, keçilməz qayalıq hissələrində məskunlaşmış insanların elektrik enerjisi təchizatında gündəlik problemlər yaşanmaqda idi. Qonaqkənd, Yelfi, Söhüp kimi dağ kəndləri tez-tez işıqsız qalan kəndlər sırasında idi. Qısa müddət ərzində “Azərişıq” ASC tərəfindən Qonaqkənd qəsəbəsinin elektrik enerjisinə olan təlabatı ödənildi. Qəsəbədə iki ədəd 10 və 6 kV-luq KTM quraşdırılaraq sayğaclaşma prossesinə başlanıldı. Hər bir evə qədər dəmir dayaqlar basdıralaraq SİPləşmə aparıldı. Hazırda Qonaqkənd qəsəbəsində işıqla bağlı heç bir problem qalmayıb.
Rayonun Yelfi kəndi isə ən ucqar dağ kəndlərindən hesab olunur. Qonaqkənddən bu istiqamətə uzanan ağac hava xətləri 1968-ci ildə çəkilmişdi. Ötən vaxt və artan təlabat bu xətti tam sıradan çıxarmışdı. Bir çox yerlərdə cürümüş ağac dirəklər yerli əhalinin köməyi ilə standartdan kənar meşə ağacları ilə əvəzlənsə də işə yararlı halda deyildi və ciddi qəzalı vəziyyət hökm sürürdü.


Bunu nəzərə alan “Azərişıq” ASC-nin rəhbərliyi Yelfi kəndində 35/10 kV-luq yarımstansiyanın tikilməsinə qərar verdi. Qısa müddət ərzində yarımstansiyanın tikintisinə başlandı və başa çatdırıldı. Bu yarımstansiya Qubanın Yelfi kəndi də daxil olmaqla daha beş dağ kəndinə xidmət edəcək. Yarımstansiyanın tikintisi ilə yanaşı dəmir dirəklər üzərində hava xətləri də çəkildi.


Qonaqkənd qəsəbəsindən Yelfi istiqamətinə anker dirəklər üzərində 35 kV-luq 20 km uzunluğunda dairəvi hava xətti də yaradıldı ki, bu da istənilən hava şəraiti üçün davamlı və daha uzun ömürlüdür. Artıq əminliklə demək olar ki, bu qış Qubanın Qonaqkənd qəsəbəsi, Yelfi, Söhüp kimi ucqar dağ kəndlərində elektrik enerjisi problemi yaşanmayacaq.
Hazırda “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti əraziılərinə daxil olan bütün elektrik şəbəkələrində yeni güc mərkəzlərinin yaradılması, 0,4 kV-luq şəbəkələrin əsalı təmiri və yeni şəbəkələrin qurulması istiqamətində “Azərişıq” ASC-nin İnvestisiya İdarəsi, o cümlədən, Elektrik Şəbəkələri tərəfindən geniş miqyaslı işlər davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info