Milli Parkda “Formula-1” əyləncə zonası dekabrın 27-dək açıq olacaq
Tarix: 24.12.2015 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Formula-1” Avropa Qran-prisi ilə bağlı Dənizkənarı Milli Parkda təşkil olunmuş əyləncə mərkəzi paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gün ərzində minlərlə insanın ziyarət etdiyi kiçik “Formula-1” dünyasında əyləncə və maarifləndirmə işi yüksək səviyyədə davam edir.
Örtülü əyləncə zonasında quraşdırılmış simulyator oyunlarından istifadə edən ziyarətçilər “Formula-1” yarışlarının sürət və həyəcanını hiss edirlər. Həmçinin məkanda Avropa Qran-prisi ilə bağlı broşürlər paylanılır. Məkan balacaların da sevimli istirahət yerinə çevrilib. Burada rəsm çəkən və ya boya dəftərləri ilə vaxtını keçirən balacalar nağıl qəhrəmanları ilə də əylənə bilirlər. Əyləncə məkanında quraşdırılmış monitorda “Formula-1” yarışlarından bəhs edən videoçarxlar nümayiş olunur. “Formula-1”in daimi azarkeşlərinin də maraq dairəsi diqqətə alınıb. Belə ki, onlar məkana gələrək “Formula-1” komandalarının eksponatları ilə tanış ola və həqiqi “Formula-1” avtomobili ilə şəkil çəkdirə bilərlər. Həmçinin hər gün saat 15:00-dan 17:00-dək “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin nümayəndələri könüllülər proqramına maraq göstərən vətəndaşlarla görüşüb, qeydiyyat və könüllü fəaliyyəti ilə bağlı suallara cavab verirlər. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, dekabrın 19-da - yarışın təşkilinə tam altı ay qalmış biletlər satışa çıxarıldı. “Formula-1” avtomobil idmanı mədəniyyətini paytaxt sakinlərinə duyurmaq üçün Dənizkənarı Milli Parkda əyləncə zonası təşkil olunub. Milli “Formula-1” azarkeşlərinin marağını və səngimək bilməyən ziyarətçi sayını nəzərə alaraq bulvar ərazisində təşkil olunan əyləncə məkanı dekabrın 27-də saat 22:00-dək açıq olacaq. Əsas məqsəd idmanın bu növünü insanlara tanıtmaq və onlara bayram əhvali-ruhiyyəsi yaşatmaqdır.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info