BBC-yə qarşı ittiham
Tarix: 24.12.2015 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


“Qərəzsiz” teleradio şirkəti Avropa Birliyindən 22 milyon avro alsa da, bunu maliyyə hesabatında qeyd etməyib
Qərəzsiz teleradio şirkəti kimi təqdim edilən BBC-nin bu qərəzsizliyi sual altındadır. Belə ki, şirkət fəaliyyəti dövründə qrant sistemi üzrə Avropa Birliyindən 22 milyon avro alıb. Bu barədə Böyük Britaniya İstiqlal Partiyasının üzvü Ceyms Karverə istinadən “RT” məlumat yayıb. “Son beş ildə Avropa Birliyi BBC-yə qrant adı altında 22 milyon avro verib. Lakin maraqlıdır ki, bu məbləğ korporasiyanın maliyyə hesabatında öz əksini tapmayıb. Göstərilən rəqəm Avropa Komissiyası tərəfindən təmsil edilən şəffaflıq hesabatını ehtiva edir. Biz dünyanın həssas siyasi dövrünə daxil oluruq. Həqiqəti desək, onda BBC şirkətinin öz nizamnaməsinə uyğun olaraq “qərəzsiz” qalmaq məcburiyyətində qalmaması ehtimalı məyusedici haldır. Şirkətin bu addımı bir çox insanı şübhə altında qoyur” - deyə o bildirib. Qeyd edilir ki, “RT” yaşananları şərh etmək üçün Avropa Birliyinə göndərdiyi sorğuya hələ də cavab almayıb. Amma BBC son üç ildə Avropa Birliyindən qrant vasitəsilə aldığı məbləğin 2 milyon avro olduğunu qeyd etsə də, bu məbləğin şirkətin xəbər layihələrinə yox, "elmi-tədqiqat" işlərinə yönəltdiyini bildirib. Lakin bu vəsaitin hansı "elmi-tədqiqat" işlərinə sərf olunması müəmmalıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info