“Sərhədçi” Prezident Kuboku yarışının qalibi olub
Tarix: 24.12.2015 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Binə Atçılıq Mərkəzinin örtülü manejində milli çövkən oyunu üzrə Prezident Kubokunun X yarışının qalibləri müəyyən edilib. Yarış Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşəbbüsü ilə keçirilib.
xəbər verir ki, final yarışından əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev çıxış ediblər.
Nazir Ə.Qarayev bildirib ki, Prezident Kuboku yarışlarının keçirilməsi ənənəyə çevrilib. Yarışların əsas məqsədi Azərbaycan xalqının mədəni irsinin qorunub saxlanması, milli çövkən oyununun inkişafı üzrə dövlət siyasətinin dəstəkləmək, ən güclü idmançıları və komandaları üzə çıxarmaqdır. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına daimi diqqət və lazımi köməkliyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan təkcə beynəlxalq idman tədbirlərində iştirak etmir, həm də bu cür tədbirlərin keçirildiyi məkanlardan birinə çevrilir. Bu isə ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradır.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev bildirib ki, ölkənin müxtəlif regionlarından bu cür yarışlarda iştirak edən komandaların sayı ildə-ilə artır. Bu, atçılıq idman növünün uğurlu inkişafının və bu sahəyə Azərbaycanda maraq səviyyəsinin artmasının göstəricisidir. E.Quliyev xatırladıb ki, bu ilin sentyabr ayında Bakıda polo üzrə ilk Avropa çempionatı keçirilib. Komandamız çempionatda qələbə qazanıb. Atçılıq idmanının müxtəlif növləri üzrə müntəzəm keçirilən yarışların məqsədlərindən biri Qarabağ cins atlarının qorunub saxlanması və çoxaldılmasına, habelə atçılıq idman növünə və milli atçılığın inkişafına kömək göstərməkdir.
Final turnirində əvvəlcə üçüncü yer uğrunda mübarizə aparan “Ağstafa” və “Polad” komandaları qarşılaşıblar. “Polad” komandası birinci taymda yeganə qolu vurmaqla rəqibinə qalib gəlib.
Finalda “Sərhədçi” və “Ağcabədi” komandaları yarışıblar. Oyun “Sərhədçi”nin xeyrinə 7:00 (birinci taymda 4, ikinci taymda 3 qol vurulub) hesabı ilə başa çatıb.
Sonra mükafatlandırma mərasimi keçirilib. Bütün iştirakçılara fəxri diplomlar, medallar və pul mükafatları verilib. “Sərhədçi” komandası turnirin əsas mükafatı olan Prezident Kubokuna sahib olub.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info