“Smitin layihəsi qəbul olunarsa, biz də paralel addım atacağıq”
Tarix: 24.12.2015 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


“Əgər ABŞ-da müvafiq komitədə, daha sonra isə konqresdə Kristofer Smitin təqdim etdiyi qanun layihəsi qəbul olunarsa, biz də paralel addım atacağıq. Əminəm ki,Milli Məclis üzvləri də bu addımları dəstəkləyəcək”.
Bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib.
Əli Hüseynli bildirib ki, ABŞ-la bağlı hazırlanan layihənin müəllifi Rövşən Rzayev “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi bu addımı atıb: “Eyni zamanda Rövşən Rzayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavinidir. Biz komitə olaraq onun bu addımını dəstəkləyirik. Çünki son dövrlər ABŞ da bəzi dairələrin, erməni lobbisinin təsiri altında olan konqresmenlərin fəaliyyəti daha da aktivləşib. Azərbaycan prezidenti Qarabağ problemin həlli istiqamətində çox ciddi addımlar atır, ordumuzun cəbhə bölgəsində ciddi uğurları var. Təəssüflər olsun ki, belə bir vaxtda erməni lobbisinin, ABŞ-dakı bir sıra dairələrin təsiri altında Azərbaycanda insan haqları sahəsində vəziyyətin yaxşı olmaması barədə fikir yaradılır və bu qəsdən edilir. Yəni fikir formalaşdırmaq istəyirlər ki, Dağlıq Qarabağda ermənilər azərbaycanlılarla birgə yaşaya bilməz, çünki Azərbaycanda insan haqları pozulur”.
Komitə sədri qeyd edib ki, ABŞ-ın Yaxın Şərqdə, xüsusilə müsəlman əhaliyə qarşı həyata keçirdiyi siyasət 21-ci əsrdə insan haqlarının kütləvi pozulmasına gətirib çıxarıb: “Belə olan halda ABŞ Dağlıq Qarabağın işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqların müdafiə edilməsi ilə necə məşğul ola bilər”?
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”
19.04.2019
Zakir Həsənov HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info