Cəlilabadda körpələr evi-uşaq bağçası istifadəyə verilib
Tarix: 24.12.2015 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabad şəhər 5 nömrəli körpələr evi-uşaq bağçası üçün inşa edilmiş yeni ikimərtəbəli bina istifadəyə verilib.
Fonddan verilən məlumata görə, 16 otaqdan ibarət olan bağçada balacaların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb.
Təhsil ocağında fəaliyyət göstərəcək dörd qrupun hər birinin məşğələ, oyun, gimnastika zalları, kompyuter, yataq otaqları və yeməkxanası var. Bina yeni avadanlıq və inventarla təchiz edilib.
Açılış mərasimində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov körpələr evi-uşaq bağçasının yeni binasının qarşıdan gələn bayramlar ərəfəsində uşaqlara böyük hədiyyə olduğunu vurğulayaraq, müəssisənin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib. Qeyd olunub ki, təkcə bu il Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Cəlilabadda üç yeni uşaq bağçası tikilərək istifadəyə verilib.
Mərasimdə çıxış edənlər uşaqların sağlam böyümələrinə, onların təlim və tərbiyəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda bağçanın uşaqları vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info