Jitomirdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb
Tarix: 24.12.2015 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Ukraynanın Jitomir şəhərində dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə silsilə tədbirlər keçirilib. Ukrayna Azərbaycanlılarının Həmrəyliyi Konqresinin təşəbbüsü ilə keçirilən tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı ilə yadda qalıb.
Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlayan tədbirdə Ukrayna Ali radasının deputatları, Azərbaycan səfirliyinin diplomatları, Jitomir Vilayət Dövlət Admnistrasiyasının nümayəndələri, diaspora və media təmsilçiləri iştirak edib.
Tədbirə qatılanları qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edən Jitomir Vilayətindəki Azərbaycan Həmrəyliyi Konqresinin sədri İlqar Məmmədov və Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dünya azərbaycanlılarının həmrəylik gününün tarixi əhəmiyyətindən danışıblar.
31 - dekabr həmrəylik gününün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın birlik və milliu məvkurə bayramına çevrildiyini qeyd ediblər. Tədbirdə Ukrayna Ali radasının deputatları Sergey Melniçuk, Natalya Veselova, Borislav Rozenblat və digər rəsmi şəxslər çıxış edərək Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açıblar.
Qarşıdan gələn yeni il və həmrəylik günü münasibəti ilə Azərbaycan xalqına xoş və səmimi arzularını çatdırıblar. Jitomir şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını iki dost ölkə arasında mühüm hadisə adlandıran Sergey Melniçuk qeyd edib ki, mən çox şadamkı bizə dost və qardaş olan Azərbaycan dövləti inkişaf edərək dünyada öz layiqli yerini tutub. Əminəm ki, bölgənin lider dövlətinə çevrilən Azərbaycan tezliklə öz ərazi bütövlüyünü bərpa edəcək.
Fürsətdən istifadə edib Azərbaycan xalqını qarşıdan gələn yeni il və həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edirəm
2 ukrayna parlamentinin deputatı Azərbaycan və Ukrayna xalqının dostluq əlaqələri çox qədim kökə bağlı olduğunu bildirən deputat Natalya Veselova ölkələrimizin tarixin ən çətin dönəmlərində bir-birilərinə dəstək verdiyini vurğulayıb. Bu baxımdan Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevin və Jitomir vilayətindəki Azərbaycan diasporunun rəhbəri İlqar Məmmədovun mütamadi olaraq Ukraynadakı qaçqınlara və səhra kospitallarına verdikləri maddi və mənəvi dəstəyi yüksək qiymətləndirib.
Sonra tədbirə qatılan qonaqların iştirakı ilə Jitomir şəhərində yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub. Tədbir iştirakçıları Jitomir Azərbaycanlılarının Həmrəylik Konqresinin təşəbbüsü ilə açılan Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Qeyd olunub ki, Azərbaycanın qədim və zəngin mədəniyyətini özündə qoruyub yaşadacaq bu mərkəz, ölkələrimiz arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirlməsində müstəsna rol oynayacaq. Tədbir Ukraynanın xalq artisti Qurban Abbasovun mahnıları ilə sona çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”
22.02.2019
Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info