Şirvanda Rəşid Behbudovun xatirə gecəsi keçirildi
Tarix: 24.12.2015 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Şirvan şəhərində Azərbaycanın çox əsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardan olan Rəşid Behbudovun xatirə gecəsi keçirilib.
Reşid Behbudovun xatirə gecəsinə həsr olunan tədbirin keçirilməsinin əsas məqsədi, gənclər arasında Reşid Behbudov yaradıcılığının təbliği, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz, milli-mədəni sərvətimiz və musiqi tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir. Şirvan şəhər uşaq musiqi məktəbində baş tutan mərasimində açılış nitqi ilə çıxış edən mektəbin direktor müavini Əbülfət İsmayılov bildirdi ki, Azərbaycan ifaçılıq həyatının bütöv bir dövrünü onsuz təsəvvür etmək olmur..
Daha sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Aran regional ofisinin rəhbəri Yusif Poladov 18 mart 2015-ci il tarixində cənab Prezident İlham Əliyevin “Reşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamı gənclərin diqqətinə çatdıraraq bildirdi ki, zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindəndir. Rəşid Behbudov öz qüdrətli istedadını, çox böyük təcrübəsini və biliyini Azərbaycan musiqi sənətinin inkişafına və çiçəklənməsinə, onun sosial fəallığının və beynəlmiləl əhəmiyyətinin artmasına sərf edən bir sənətkar idi. Çıxış edən Şirvan şəhər Uşaq musiqi məktəbinin direktoru Mübariz Dadaşov xatirə gecəsinə həsr olunan tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edərək, Rəşid Behbudovun mədəniyyətinin inkişafı və təbliği işinə dəyərli töhfələr verdiyini bildirdi “Böyük mügənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi olmuşdur. Beynəlmiləlçi ustad dünyanın bir çox ölkələrini gəzmiş, qastrol səfərlərinə çıxmış, dinləyicilərinə həmişə Azərbaycan mahnılarının təkrarsız təravətini çatdırmışdır”.O həmçinin Reşid Behbudovla olan xatirələrini gənclərlə bölüşüb.
Daha sonra xatirə gecəsində gənclər tərəfindən Reşid Behbudovun repertuarından sevilən mahnılar səsləndirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info