Almaniya Azərbaycanın Günəş panellərindən istifadə edəcək
Tarix: 24.12.2015 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Azərbaycan və Almaniya arasında alternativ və bərpa olunan enerji sahəsi üzrə təcrübə mübadiləsi, layihələndirmə və tikinti, sənaye müəssisələri arasında əməkdaşlığın inkişafı məqsədilə Almaniyanın Drezden, Berlin və Münhen şəhərlərinə işgüzar səfərdə olub.
Bu barədə məlumat agentliyin saytında yer alıb.
Səfər çərçivəsində Almaniyanın qabaqcıl şirkətləri ilə baş tutmuş görüşlər zamanı yaxın gələcəkdə inşası nəzərdə tutulan eko-şəhərciklərdə yaşayış və inzibati binaların dam örtükləri Azərbaycanın “Azgüntex” Günəş panelləri zavodunun məhsullarının istifadəsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən “Azgüntex” Günəş Panelləri zavodu Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış, 50 mvt gücündə günəş panelləri istehsal etmək potensialına malikdir. Avtomatlaşdırılmış texnologiyalar vasitəsilə istehsal olunan Günəş modullarının üstünlüyü möhkəmliyi, yüksək faydalı iş əmsalının olması və son model polikristallik hücrə texnologiyasından istifadəsi ilə seçilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info