Baş nazirin müavini: “İqtisadi inkişafın yeni mərhələsinə yüksəlmişik”
Tarix: 24.12.2015 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


“Azərbaycan prezidentinin oktyabr ayında Nazirlər Kabinetinin iclasındakı çıxışında iqtisadi islahatların dərinləşməsi və genişlənməsi ilə əlaqədar geniş proqram müəyyənləşdirilib. Biz iqtisadi inkişafın yeni bir mərhələsinə yüksəlmişik. Bu mərhələdə qarşıya qoyulan əsas hədəf bütövlükdə yeni iqtisadi modelin konturlarını müəyyənləşdirməkdir”. Bunu baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, bu çərçivədə atılan addımlara lisenziyaların maksimum aradan qaldırılması və lisenziya almaq üçün müəyyənləşdirilmiş fəaliyyət növlərinin sayının azaldılması daxildir: “Bu istiqamətdə artıq Prezidentin müvafiq sərəncamı var. Məqsəd ondan ibarətdir ki, xüsusi razılıq, yəni lisenziya almaq üçün nəzərdə tutulan fəaliyyət növlərinin sayı azaldılsın”.
Baş nazirin müavini qeyd edib ki, bu, iqtisadiyyatın liberallaşdırılması deməkdir: “Təbii ki, bu, sərbəst fəaliyyət üçün azad bazar iqtisadiyyatının mexanizmlərinin möhkəmlənməsi, sahibkarlığın inkişafı üçün əlavə imkanlar yaradır. Bütün bunların hamısı yeni iqtisadi islahatların vacib elementləridir ki, bunlar həyata keçirilməkdədir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info