“Qiymətləri süni şəkildə artırmağa çalışanlara qarşı tədbirlər görüləcək”
Tarix: 24.12.2015 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


“Yaranmış vəziyyətdən faydalanmaq istəyənlər ortaya çıxır. Bu, düzgün hərəkət deyil. Hörmətli prezidentimiz bu cür hallara yol verənlərə dair münasibətini bildirib. Güman edirəm ki, Azərbaycan hökuməti, müvafiq qurumlar tərəfindən fürsətdən istifadə edib, süni surətdə, heç bir obyektiv əsas olmadan satdığı məhsulların qiymətlərini qaldırmağa çalışanlara qarşı tədbirlər görüləcək”.
Bunu baş nazirin müavini Əli Əhmədov deyib. Baş nazirin müavini qeyd edib ki, bu tədbirlər qanun çərçivəsində olacaq: “Çalışmaq lazımdır ki, Azərbaycan vətəndaşları əlavə əziyyətlər çəkməsin, yaranmış vəziyyətdə sıxıntı keçirməsinlər. Obyektiv olaraq qiymətlərdə baş verən artımlarına gəldikdə isə, güman edirəm ki, bu, o qədər də böyük olmayacaq. Xüsusilə də yerli istehsalla əlaqədar olan məhsulların qiymətlərində ciddi artım olmayacaq. Ola bilsin ki, bu məhsulların bəzi komponentləri xaricdən gətirilir və onların gətirilməsi üçün xarici valyutadan istifadə olunur. Qiymət artımı o dərəcədə ola bilər. Amma bu, artıq bəzilərinin istifadə etdiyi mexanizmlər şəklində qiymət artımına gətirib çıxarmamalıdır. Süni qiymət artımından faydalanmaq istəyənlərin arzularının reallaşmasına imkan verilməməlidir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info