Gürcüstan, Bolqarıstan və Ukrayna TASİM layihəsinə qoşulacaq
Tarix: 18.02.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Yaxın vaxtlarda Gürcüstan, Bolqarıstan və Ukrayna Trans-Milli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə qoşulacaq. Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Yeni Azərbaycan Partiyasının rəsmi veb-saytına verdiyi müsahibədə bildirib. Nazir müavininin sözlərinə görə, TASİM üzrə Qərbi Avropanı Şərqi Asiya (Çinlə) ilə birləşdirən optik kabellər üzərində qurulan çox böyük tutuma malik olan informasiya ötürmə magistralının yaradılması nəzərdə tutulur:
«Layihə Azərbaycan hökumətinin təklifi ilə 2009-cu ildə BMT-nin Baş Assambleyasının 64-cü sessiyasında xüsusi qətnamə ilə bəyənilib və Azərbaycana layihə üzrə koordinator olması təklif olunub. BMT-nin qərarına əsasən, bu layihə Avrasiya regionunun informasiya infrastrukturunu gücləndirəcək, regiona - təxminən 20 ölkəyə sürətli və ucuz internet və digər informasiya xidmətləri gətirəcək, internet iqtisadiyyatın, təhsil və səhiyyənin inkişafına və yoxsulluğun azaldılmasında xüsusi rol oynayacaq və həmçinin yeni biznes layihələrinin yaranmasına səbəb olacaq». İ.Məmmədov onu da bildirib ki, hazırda 5 ölkənin telekommunikasiya operatorları (Çin, Qazaxıstan, Rusiya, Azərbaycan və Türkiyə) layihənin reallaşması üçün konsorsium yaratmaq üzərində işləyir: «Yaxın vaxtlarda Gürcüstan, Bolqarıstan və Ukraynanın da layihəyə qoşulması gözlənilir. Ötən ilin dekabr ayında BMT-nin 67-ci Baş Məclisi Azərbaycanın TASİM layihəsinə xüsusi qətnamə ilə ikinci siyasi dəstəyini verib və bu layihə üzrə xüsusi alyansın yaradılmasını tövsiyə edib».




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info